19 avqust 2017, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Müslüm Maqomayevin kənarlaşdırıldığı film - “Baharın 17 anı”nın çəkilişindən 44 il ötür...
Müslüm Maqomayevin kənarlaşdırıldığı film - “Baharın 17 anı”nın çəkilişindən 44 il ötür...
11.08.2017, 23:17

Düz 44 il əvvəl, 11 avqust 1973-cü ildə “Baharın on yeddi anı” filminin nümayişi başlanıb. Film sovet tamaşaçılarının diqqətini o qədər özünə çəlb edib ki, “Ştirlis” ekranlarda peyda olunda küçələrdə insanların sayı azalırmış. Statistikaya görə,  Yulian Semyonovun eyniadlı romanı əsasında Tatyana Lioznovanın lentə aldığı bu filmi 200 milyondan artıq tamaşaçı seyr edib. 

Modern.az saytı “Baharın on yeddi anı” haqqında maraqlı faktları təqdim edir.

3 il ərzində ərsəyə gələn filmdə ən maraqlı məqam aktyorların seçilməsidir. Ümumiyyətlə, filmin ideyası yaranandan çəkilişlərə bir neçə həftə qalmışa qədər Ştirlis roluna Vyaçeslav Tixonovun çəkilməsi nəzərdə tutulmayıb. Ssenari müəllifi və rejissor baş qəhrəman obrazında Arçil Qomiaşvilini, yaxud Oleq Strijenovu görmək arzusunda olublar. Ancaq hər iki aktyor başqa filmlərdə çəkilişlərdə olduqlarından, onlar Ştrilis roluna təklif alanda 3 il ərzində özlərini bu filmə həsr edə bilməyəcəklərini səmimi etiraf ediblər. Rejissorun qəbulunda isə hər gün onlarla yeni “Ştirlis”lər növbəyə durublar. Rejissor assisentinin gözlənilməz bir təklifi “Ştirlis” probleminə son qoyub. O, Vyaçeslav Tixonovu sınaq çəkilişlərinə dəvət etməyi təklif edib və bununla da məsələ öz həllini tapıb.

Filmdəki rus radisti Ketin roluna aktrisa İrina Alferova təsdiq edilib. Ancaq onun təcili xarici ölkəyə ezamiyyəti məsələsi son anda hər şeyi dəyişib və bu rola heç özü də gözləmədən Yekaterina Qradova çəkilib. Çəkilişlərdən sonra rejissor bu yerdəyişməni uğurlu adlandırıb.

Filmdəki maraqlı məqamlardan biri rus radisti Ketin təqiblərdən gizlənərkən qucağındakı iki körpə uşaqla bağlıdır. Çəkiliş zamanı əvvəlcə həmin körpələri kuklalarla əvəz ediblər. Operatorların peşəkarlığına baxmayaraq səhnə süni alınıb və qərara gəlinib ki, çəkilişdə canlı körpələr olmalıdır. Beləliklə həmin səhnəyə 6 uşaq çəkilib. Vaxt baxımından çəkilişlər uzun çəkdiyindən körpələr böyüyüb və ayrı-ayrı 3 cütlük bu səhnənin qəhrəmanları olublar.

Bütün çəkiliş qrupu Müller rolunda aktyor Vcevolod Sanayevi görmək istəyiblər. Təklif alanda Sanayev qətiyyətlə imtina edib:


“Mən “Mosflim”in partiya təşkilatının katibiyəm, faşist roluna girə bilmərəm!”.

Filmin bəstəkarı, erməni mənşəli Mikael Tarıverdiyev “Baharın on yeddi anı” üçün 12 mahnı bəstələyib, onların yalnız ikisindən istifadə olunub.

Bəstəkar məhz həmin mahnıları Müslüm Maqomayevin ifası üçün yazıbmış və o,  bu mahnıları olduqca gözəl ifa edib. Ancaq sonradan rejissor həmin mahnıları ifa etməyi İosif Kobzona həvalə edib. Müslüm Maqomayevin arxivində həmin ifaların lent yazısı saxlanılır. Rusiya mətbuatının yazdığına görə, sovet senzurası onun bariton səsinə icazə verməyib - axı Ştirlisdən bəhs edən film kədərli deyildi. Sonralar Müslüm Maqomayev müsahibələrinin birində bu məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Sözsüz ki, filmdən kənarlaşdırılmağıma görə rejissor Tatyana Lioznovadan incimişdim. Mənim səsim yazılmışdı. Lent yazısını tamamlamaq üçün xırda-para işlər qalmışdı. Mən bir gündən sonra Milana getməliydim. Getdim və orada xəbər tutdum ki, mahnını İosif Kobzon ifa edəcək. Sonradan düşündüm ki, rejissorun qərarı düz olub, Kobzonun səsi bu film üçün daha uyğundur...”.

Tatyana Lioznova da mətbuatda öz fikirlərini açıqlayıb:

“Biz Müslüm Maqomayevi seçmişdik. Əvvəlcə o, bu işin öhdəsindən gəlməyəcəyini söyləsə də, sonradan hər şey istədiyimiz kimi alındı. Səsini yazdıq. Onun vaxtı olduqca məhdud idi. Bir sutkadan sonra Milana getməli idi. Mahnının sözlərinin sonuncu bəndində Müslüm bir sözü səhv oxumuşdu, hökmən düzəliş edilməli idi. Həmin gün bu düzəlişi etmək üçün Moskvanın bütün səsyazma studiyalarını gəzdik. Bütün studiyalar məşğul idi. Müslüm getdi və dedi ki, qayıtdıqdan sonra düzəliş edərik. Ancaq vaxt bizi gözləmirdi. Və mən öz qərarımı verdim. Müslüm filmdən kənarlaşdırıldı, mahnını isə İosif Kobzon ifa etdi...”.


Film premyeradan sonra o qədər populyarlıq qazanıb ki, 3 aydan sonra onu yenidən nümayiş etdiriblər.

Hesablamalara görə, filmin nümayişi dövründə insanların kütləvi şəkildə “Baharın on yeddi anı”na aludə olması nəticəsində elektrik enerjisindən və sudan  istifadə nəzərəçarpacaq dərəcədə azalıb. Həmçinin, bu dövr ərzində cinayət hadisələrinin sayı da azalıb.

Film üçün bütün geyimlər Moskvada “generalların atelyesi”ndə tikilib. İlk çəkilişlər Berlin şəhərində başlayıb. Heç bir problem yaranmasın deyə, Ştirlis üçün 100 ədəd əlavə ağ köynək tikilib.

Filmdə Ştirilisin – Vyaçeslav Tixonovun əlləri heç vaxt kadra salınmayıb. O, rəsm çəkərkən, kibrit çöplərindən fiqurlar düzərkən onun əvəzinə rejissor köməkçisinin əlləri lentə alınıb. Çünki aktyorun sol əlinin üstündə “Slava” yazılmış döymə olub.

Filmdə Müllerin tez-tez boynunu dartması, bununla da daha gərgin və əsəbi görünməsi sırf təsadüf nəticəsində belə alınıb. Belə ki, aktyor üçün tikilmiş köynəyin ölçüsünün bir az kiçik olması onu bu jesti etməyə vadar edib. Rejissor filmin sonuna qədər Müllerin köynəyini dəyişməyib.

Film SSRİ “KQB”sinin, şəxsən Andropovun sifarişi ilə çəkilib. Filmin məsləhətçiləri peşəkar çekistlər olsa da, məzmun baxımından filmdə adi insanlar üçün nəzərə çarpmayacaq nöqsanlar mövcuddur. Məşhur lətifədə olduğu kimi:

Stirlis avtomobilini özü təmir edərkən bu, Müllerin diqqətindən yayınmır və ona yaxınlaşır:

- Cənab Ştirlis, indi mənə aydın oldu ki, siz Rusiya kəşfiyyatının zabitisiniz. Əsl ştandartenfürer avtomobilini servisdə təmir etdirir...



İlham Cəmiloğlu
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəbhəboyu erməni təxribatı – şiddətli atışma oldu
19.08.2017, 09:28

Cəbhəboyu erməni təxribatı – şiddətli atışma oldu

Bakıda naməlum şəxslər qadını döydülər
19.08.2017, 09:26

Bakıda naməlum şəxslər qadını döydülər

Çində yağışlar 10 nəfəri həyatına son qoydu
19.08.2017, 09:23

Çində yağışlar 10 nəfəri həyatına son qoydu

Bakıda yol qəzası – yaralı var
19.08.2017, 09:19

Bakıda yol qəzası – yaralı var

Paytaxtda restoran yanıb
19.08.2017, 01:09

Paytaxtda restoran yanıb

Mingəçevirdə naməlum kişi meyiti tapılıb
19.08.2017, 00:56

Mingəçevirdə naməlum kişi meyiti tapılıb

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO
19.08.2017, 00:44

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

ABŞ Suriyada qalmayacaq
19.08.2017, 00:27

ABŞ Suriyada qalmayacaq

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək
19.08.2017, 00:09

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib
18.08.2017, 23:53

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib

Məktəbli formaları alanlar aldadılır - VİDEO
18.08.2017, 23:39

Məktəbli formaları alanlar aldadılır - VİDEO

Azərbaycan nefti ucuzlaşdı
18.08.2017, 23:25

Azərbaycan nefti ucuzlaşdı

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO
18.08.2017, 23:09

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir
18.08.2017, 22:48

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb
18.08.2017, 22:34

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb
18.08.2017, 22:23

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO
18.08.2017, 22:09

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib
18.08.2017, 21:56

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST
18.08.2017, 21:42

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb
18.08.2017, 21:40

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ
18.08.2017, 21:26

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ

Bakıda jurnalistlər üçün təlim keçirilib
18.08.2017, 21:12

Bakıda jurnalistlər üçün təlim keçirilib

Yeltsinin avtomobili satışa çıxarılıb
18.08.2017, 20:57

Yeltsinin avtomobili satışa çıxarılıb

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü
18.08.2017, 20:43

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı
18.08.2017, 20:30

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı

Bodrumda yenidən zəlzələ olub
18.08.2017, 20:16

Bodrumda yenidən zəlzələ olub

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü
18.08.2017, 20:02

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
18.08.2017, 19:41

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi

Gürcüstanda azərbaycanlı həbs olunub
18.08.2017, 18:56

Gürcüstanda azərbaycanlı həbs olunub

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı
18.08.2017, 18:38

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib
18.08.2017, 18:29

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 
18.08.2017, 18:17

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 

Gəncə sakini qayadan çaya düşərək ölüb
18.08.2017, 18:09

Gəncə sakini qayadan çaya düşərək ölüb

Putin Krıma getdi
18.08.2017, 17:48

Putin Krıma getdi

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi
18.08.2017, 17:31

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50%)
SOCAR-dan(6.38%)
Lukoil-dan(17.0%)
Bunların heç birindən - başqasından(26.5%)