Modern.az

Liviya baş naziri Moskvaya gedir

Liviya baş naziri Moskvaya gedir

11 Avqust 2017, 23:33

Avqustun 12-də Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərrac və Milli Ordunun komandanı Xəlifə Xaftar Moskvaya səfər edəcək. Modern.az “APA”ya istinadən xəbər verir ki, Rusiya XİN-in Liviya üzrə xüsusi nümayəndəsi Lev Denqovun sözlərinə görə, Moskvada keçirilən görüşlərdə Liviyada münaqişə tərəfləri arasında barışıq, terror qruplaşmalarına qarşı mübarizə və Liviya ərazisindən Avropaya keçməyə cəhd edən qeyri-qanuni miqrantlarla bağlı məsələlər müzakirə olunacaq.

L. Denqov həmçinin hərbi əməkdaşlıq məsələlərinə də toxunulacığını istisna etməyib.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Bu ilin iyulunda tərəflər 2018-ci ildə Liviyada seçkilərin keçiriləcəyinə dair razılığa gəliblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir