Modern.az

Daha 3 PKK terrorçusu məhv edilib

Daha 3 PKK terrorçusu məhv edilib

12 Avqust 2017, 00:14

Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri İraqın Avaşin-Basyan rayonunda PKK terrorçularının mövqelərinə hava zərbələri endirib. Nəticədə 3 PKK terrorçusu məhv edilib. Bundan başqa terrorçuların silah və hərbi sursatlar anbarları da məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir