15 dekabr 2017, Cümə
Ana Səhifə - GÜNDƏM - Bayram Səfərov: “Şuşasız istirahət mənə halal deyil” – MÜSAHİBƏ
Bayram Səfərov: “Şuşasız istirahət mənə halal deyil” – MÜSAHİBƏ
12.08.2017, 09:26

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Modern.az müsahibəni təqdim edir. 


- Bayram müəllim, sizdən Qarabağı soruşmağa gəlmişəm. Siz həm icma rəhbəri olaraq qarabağlılarla daim təmasdasınız, həm Qarabağla bağlı proses haqda kifayət qədər məlumatlısınız. Odur ki, ilk olaraq soruşmaq istəyirdim, Qarabağdan nə xəbər var?

 

- Desəm ki, bu saat Qarabağdan çox sevindirici xəbər var, düz olmaz. Belə bir xəbər yoxdur. Amma ümumən hadisələrin gedişatı bizim xeyrimizədir. Bütün dünya bilir ki, erməni burada bir oyuncaqdır. Bugünkü Ermənistan hakimiyyəti təkcə bizim düşmənimiz deyil, həm də erməni xalqının düşmənidir. Körpə uşaqları snayperlə, mərmi ilə öldürmək insanlıqdan uzaq hərəkətlərdir, biz son günlərdə bunun bir daha şahidi olduq. Ancaq Azərbaycan əsgəri bunun cavabını verir. Bu gün xalq öz ordusuna, Ali Baş Komandana arxayındır, ALİ Baş Komandan, ordu, xalq birdir. Azərbaycanda bu gün hamı cənab prezidentimizə etibar edir. Kimlərsə boş-boş danışa bilər, amma onlar da başqalarının qarşısında hesabat verirlər deyə, bu iddialarla çıxış edirlər. Amma özləri bilər, bizim belələri ilə işimiz yoxdur. Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır.

 

- Kabinetinizin girişində mərhum Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur” fikri əks olunub. Bu gün Şuşasız, Qarabağsız olan Azərbaycanla bağlı düşüncələriniz necədir?

 

- Deməzdim ki, Azərbaycan Qarabağsızdır, Şuşasızdır. Bu, müvəqqəti hadisədir. Bu gün bizim ölkə başçımız ulu öndərin siyasətini uğurla davam etdirir. Qələbə Azərbaycan xalqının olacaq. Bilirsiniz ki, möhtərəm prezidentimiz həmişə Avropada, Amerikadakı yüksək tribunalardan çox böyük cəsarətlə sözünü deyib ki, Azərbaycanın ərazi bütövlüyünün güzəşt edilməsindən söhbət gedə bilməz! Mən də istəyirəm ki, sülh olsun, çünki özüm də o müharibəni görmüşəm. İnanmıram ki, Qarabağ müharibəsindən hansısa ailə əzab-əziyyət çəkməsin, yaxınını itirməsin. Ona görə də məsələnin sülh yolu ilə həlli daha yaxşıdır. Yəqin ki, bizim möhtərəm prezidentimizin apardığı siyasət uğurla nəticələnəcək.

 

- Müsahibəyə gələrkən erməni xəbərlərinə baxdım. Ermənistanın xarici işlər nazirinin müavini Köçəryanın Azərbaycanı müharibə ilə təhdid etməsi diqqətimi çəkdi. Ermənistan rəhbərliyinin bu cür həyasız davranışları təsdiqləyir ki, savaşın alternativi yoxdur. Siz hesab etmirsinizmi ki, danışıqların mənası yoxdur?

 

- Onlardan nə gözləyəsən? Azərbaycana qarşı iddiaları bir kənara qoyaq, əgər onlar Türkiyəyə hücum edəcəklərini iddia edirlərsə, siz bunlardan nə ağıl gözləyirsiniz? Hansı ki, Türkiyə ordusuna görə dünyada ön sırada dayanan dövlətlərdən biridir.

 

- Sizə elə gəlmirmi ki, onlara bu sərsəm fikirləri dedirdən qüvvə var?

 

- Unutmayın ki, arxalarındakı o qüvvənin özünün çətinlikləri, problemləri var. Unutmayaq ki, Türkiyə də NATO-nun üzvüdür və Alyans Türkiyənin təhlükəsizliyinə cavabdehdir.

 

- Bayram müəllim, Rusiya-Ermənistan hərbi birləşmələri yaradılandan sonra təkliflər var ki, Türkiyə və Azərbaycan da analoji addım atsınlar. Siz bu barədə nə təklif edirsiniz?

 

- Mən möhtərəm prezidentimizin apardığı siyasəti dəstəkləyirəm. Xeyli müddət öncə kimlərsə demişdi ki, azərbaycanlılar torpaqlarını düşmənə təhvil verdilər... Onda mən dedim ki, əgər bizim 20 faiz torpağımız müvəqqəti işğal olundusa, 80 faizini saxlaya bilmişik. Biz Bakını, Gəncəni, Sumqayıtı, Azərbaycanın digər yerlərini ermənidən təmizləyə bilmişik. Ermənilər o qədər peşmandılar ki... Bir neçə gün bundan qabaq bir bakılı erməninin danışığına qulaq asdım, Bakıdan ötrü onların burnunun ucu göynəyir.

 

- Amma faktiki illər keçir, Qarabağda işlər görülür, yeni nəsil o torpaqları özününkü sayır. Kiçik tutumlu təyyarələr Şuşaya uçur...

 

- Belə məsələlər mənim ən ağrılı yerimdir. Mən Şuşalıyam. Amma onlar iki nəfərlik təyyarələr gətirib nümayiş etdirirlər, bunlar idman oyuncağı kimi bir şeydir. Biz MİQ-29 kimi döyüş təyyarələrimizi nümayiş etdiririk, onlar da həmin oyuncaqları. Bu, bəs etmirmi?

 

- Zaman-zaman Azərbaycan əraziləri qəsb edilib, illər keçib, taleyimizlə barışmışıq. Sizdə Qarabağla bağlı belə bir narahatlıq varmı? Qarabağı Göyçənin, Zəngəzurun taleyi gözləyirmi?

 

- Bilirsiniz necədir, bizdəki ailə tərbiyəsi dünyanın heç bir ölkəsində yoxdur. Biz sülhsevər, beynəlmiləl olmuşuq həmişə. Bakı dünyanın ən beynəlmiləl şəhəri olub. Elə bu gün dünyada elə hadisələr baş verir ki... Amma Bakı multikulturalizmin mərkəzi elan olunub, bu, dünyaya bir örnəkdir, həm də xalqımızın mədəniyyətindən, tərbiyəsindən xəbər verir.

 

- Amma düşmən bizim bu keyfiyyətimizdən istifadə edir...

 

- Əlbəttə, istifadə edəcək, çünki “düşmən” deyirsən. Amma biz vaxtilə sovet ordusuna və sovetlər birliyinə arxayın olduq. İstər sovetlər birliyinin rəhbərliyi, istərsə də Azərbaycanın keçmiş rəhbərliyinin səriştəsizliyi öz rolunu oynadı. Üstəlik, vəzifə uğrunda mübarizə nəticəsində torpaqlarımızın 20 faizini itirdik. Ən əsası odur ki, o dövrdə Azərbaycanın rəhbəri olmadı. Ancaq bu gün Qarabağı Zəngəzurun, Göyçənin taleyi gözləmir. Bizim möhtərəm prezidentimiz dünya prezidentləri içərisində aparıcı şəxsiyyətdir, bunu bütün dünya görür. Gəlin görək cənab prezident Azərbaycan xalıq üçün nələr eləmir, hansı şəraitlər yaratmır? Cənab prezident nəinki bu gün, hətta 20-50 il bundan sonra ilə bağlı düşünür, addımlar atır, çalışır ki, bu xalq gözəl yaşasın. Rayonlara görüşlərə gedəndə baxıram, bizim regionlar tanınmaz dərəcədə inkişaf edib.

 

- Yeri gəlmişkən, yay aylarında harada istirahət edirsiniz? Xüsusilə də gəncliyi Şuşada, İsa bulağının başında keçmiş adamın indi istirahət elədiyi ünvan çox maraqlıdır.

 

- Mən heç yerdə istirahət eləmirəm, elə evimdə oluram. Mənim istirahətim yoxdur. Şuşa işğal olunandan sonra mənim istirahətim olmayıb. İnşallah qismət olsa, Şuşada istirahət eləyəcəyəm.

 

- Yəni o vaxtdan yay tətilində hansısa xarici ölkəyə, mavi dalğalı dənizlərin sahillərinə getməmisiniz?

 

- Xeyr, heç vaxt olmayıb. Olmayacaq da.

 

- Yəni əhd eləmisiniz?

 

- Yəqin ki. Mən Şuşanın gözəlliklərini qoyub başqa yerdə necə istirahət eləyə bilərəm? O gözəl guşələrin hamısı mənə doğma diyarımı xatırladır. Çünki təbiət gözəllikləri Şuşada daha çox təcəssüm olunub. Ona görə də mən Şuşanı başqa yerə dəyişə bilmərəm. Özü də daxilimdən istirahət etmək keçməyib heç vaxt. Hər zaman belə düşünmüşəm ki, Şuşasız istirahət mənə halal deyil.

 

- Xalq artisti Mənsum İbrahimov danışırdı ki, darıxanda gedib Ağdamın “dördyol”undan o tərəfə baxıb geri qayıdır. Siz Qarabağ üçün, Şuşa üçün darıxanda hara gedirsiniz?

 

- Mən o tərəflərdəki rayonlarımıza gedəndə Kirsin havasını ciyərlərimə dərindən çəkirəm. Məsələn, may ayının 8-də biz Şuşanın işğal gününü Cocuq Mərcanlı kəndində andıq. Ora yaxındır, Kirsin havasını duyuruq. Həm də Şuşa məscidinin eynisi tikildi orda. Mən o atmosferdə özümü Şuşaya çox yaxın hiss elədim. İmkan düşəndə Ağdam tərəfə də gedirəm.

 

- Rəhmətlik Məmməd Aslan son illərində Yardımlıya gedirdi, deyirdi Kəlbəcərin havasını ordan alır. Siz Şuşanın havasını hansı rayondan alırsınız? Elə bir rayon varmı?

 

- Yox... Yoxdur... (Fikrə gedir) Azərbaycan çox gözəldir. Amma Şuşanın əvəzi, alternativi yoxdur. Şuşanın füsunkar gözəlliyi, ab-havası, Şuşa ziyalıları təkrarolunmazdır. Demək olar ki, mən hər gün xəyalən Şuşaya gedib-gəlirəm.

 

- Bu duyğularla baş-başa qalanda özünüzü bir az da aciz saymırsınız ki? Yəni erməni quldurlar Şuşada kef çəkir, biz də özümüzçün xəyallar qururuq...

 

- Yox. Aciz hesab eləmirəm. Biz niyə özümüzü aciz saymalıyıq ki? Azərbaycan ordusu çox qısa müddətdə nəinki Dağlıq Qarabağı və bitişik rayonları, hətta Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarını azad etməyə hazırdır. Möhtərəm prezidentimiz sağ olsun, Azərbaycan ordusunun bütün maddi-texniki bazası, silah arsenalı yüksək səviyyədədir. Ən əsası odur ki, bu gün Azərbaycan xalqının, Azərbaycan gəncliyinin, Azərbaycan ordusunun torpaqları azad etmək həvəsi var. Bax, bu kabinet şahiddir, 2016-cı ilin aprel hadisələrində 50-dən artıq hərbi xidmətə yaşı çatmayan uşaqları qəbul etmişəm. Onlar gəlirdilər ki, müəllim, biz döyüşə getmək istəyirik! Şuşalı uşaqlar idi. Sonra hərbi komissar var idi, indi dəyişib, o da dedi ki, çağırış yaşı çatmış gənclər, hətta yaşlılar döyüşə getmək üçün ona müraciət ediblər. Bu, bizim insanların torpağa bağlı olmasının, əraziləri işğaldan azad etmək niyyətinin əyani nümunəsidir.



- Azərbaycanın gücü və iradəsi var, buna kimsə şübhə edə bilməz. Eyni zamanda erməni komandanlıq etiraf edir ki, əsgərlər döyüşməmək üçün postlardan qaçırlar. Elə isə düşmən ölkə işğalı davam etdirməkdə niyə israr edir, onları buna vadar edən səbəb nədir?

 

- Bizdən fərqli olaraq, ermənilərdə qüvvələr var ki, öz xalqına zor tətbiq etməklə onları məcburiyyət qarşısında qoyurlar. Mən erməni ilə qonşu olmuşam. Erməni ilə bir yaşamışıq, dostluq etmişik, xeyrə-şərə getmişik. Mən ermənini tanımıram? Çox olanda erməninin 1-2 uşağı olub. Bu uşağı ona görə böyütmür ki, gedib Azərbaycan əsgərinin gülləsinə tuş gəlsin, hərbi hissədəki özbaşınalığın qurbanı olsun? Erməni ordusunda bu gün baş verənlər elə erməni xalqına qarşı düşmənçilik nümunəsidir. Mən bilirəm ki, onlar yaşlı adamları pul gücünə postda saxlayırlar. Digər tərəfdən də, mən Dağlıq Qarabağı çox yaxşı tanıyıram, vaxtilə ermənilərin yaşadığı əksər kəndlərdə olmuşam. Axı, Dağlıq Qarabağda o qədər erməni əhali yoxdur ki, o boyda ərazidə əsgər saxlamaq mümkün olsun.

 

- Xaricdən köçürülən ermənilər də var...

 

- Nə qədər köçürüləcək ki? Suriyadan, Livandan aldadılıb gətirilmiş ermənilər var. O ermənilərin vaxtilə normal həyatı, iş-gücü olub. İndi onları aldadıb Qarabağa gətiriblər. Burada nə işlə məşğul olacaqlar? Ermənistan hakimiyyəti diasporadan müəyyən vəsait alır ki, bu köçürülənləri Qarabağda saxlasın. Amma tutaq ki, Laçın, Kəlbəcər, Şuşa, Zəngilan, Qubadlıda 300-500 erməni məskunlaşdırıldı. Onlar arada nə iş görəcək? Özü də Suriyadan gələn erməni o qədər də axmaq deyil. Məgər o bilmirmi ki, bu torpağın sahibi Azərbaycandır və aprel döyüşləri təkrar oluna bilər?

 

- İcma rəhbəri kimi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləriniz olurmu? Onlara nə deyirsiniz?

 

- Bəli, görüşlər olur. İstər ATƏT-in Minsk Qrupunun həmsədrləri, istər digərləri ilə görüşdə sözümü deyirəm ki, mən o vaxt bu işlərdən razı olacağam ki, doğma Şuşamda olacağam. Nə qədər ki, Şuşamda deyiləm, onların işindən razı qala bilmərəm... Onlar bəzən birgəyaşayışın mümkün olmasına şübhə ilə yanaş0ıblar. Demişəm Azərbaycanda ağsaqqal sözünə hörmət var, əgər övladlarımıza desəm ki, möhtərəm prezidentimiz məsləhət bilib, biz barışığa gedirik, birgə yaşayacağıq, onda mənim övladlarım mənə qulaq asacaq...

 

Elşad Paşasoy


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İndoneziyada 6,8 bal gücündə zəlzələ
15.12.2017, 21:42

İndoneziyada 6,8 bal gücündə zəlzələ

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi
15.12.2017, 17:48

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”
15.12.2017, 17:41

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI   
15.12.2017, 17:38

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI  

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
15.12.2017, 17:33

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi   
15.12.2017, 17:28

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi  

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq
15.12.2017, 17:21

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq

Manatın 3 günlük MƏZƏNNƏSİ
15.12.2017, 17:20

Manatın 3 günlük MƏZƏNNƏSİ

Azərbaycanda 7 dini icma ləğv edilib   
15.12.2017, 17:14

Azərbaycanda 7 dini icma ləğv edilib  

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu
15.12.2017, 17:10

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu

Oqtay Əsədov Zahid Oruca cavab verdi
15.12.2017, 17:09

Oqtay Əsədov Zahid Oruca cavab verdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi
15.12.2017, 17:00

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi
15.12.2017, 16:51

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”
15.12.2017, 16:44

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi
15.12.2017, 16:41

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında
15.12.2017, 16:38

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.08%)
Araz Ağalarov (13.7%)
Mübariz Mənsimov (17.6%)
Fərhad Əhmədov(14.1%)
Füzuli Məmmədov(51.5%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.6%)
Digərləri(0.88%)