27 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Azərbaycanın hazırkı “sovet mətbuatı” – Baş redaktorların fikirləri HAÇALANDI
Azərbaycanın hazırkı “sovet mətbuatı” – Baş redaktorların fikirləri HAÇALANDI
12.08.2017, 09:43

Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərirdi. Lakin müstəqilliyin ilk illərində cəmiyyət tədricən ideoloji buxovlardan azad oldu və mətbuat yeni şəraitin üstünlüklərindən yararlana bildi.

Buna baxmayaraq bu gün rəsmi mətbuatın hələ də sovet ənənələrini davam etdirdiyini düşünənlər az deyil.

Maraqlıdır, bu fikirlər nə dərəcədə doğrudur?

 

APA-nın baş direktoru Vüsalə Mahirqızı səsləndirilən fikirlərlə razı deyil. O, rəsmi mətbuatın sovet ənənələrini davam etdirdiyini düşünmür:

 

“Hesab edirəm ki, rəsmi mediada işləyənlər də bizim həmkarlarımızdırlar və onlar da müasir dövrün prinsiplərini bilirlər. Amma dünyanın hər yerində, o cümlədən Azərbaycanda rəsmi mətbuatın müstəqil mediadan, özəl media təşkilatlarından əlbəttə ki, ciddi fərqi var. Rəsmi mətbuatın üzərində olan məsuliyyət özəl media qurumlarından bir neçə dəfə çoxdur. Rəsmi media qurumları hər şeyi mütləq dəqiqləşdirməlidirlər. Bəzən buna görə onlar operativlikdə gecikə bilirlər. Rəsmi media qurumlarının qoyduğu xəbər başlıqları ciddi və konstruktiv, hətta müəyyən qədər mühafizəkar olmalıdır. Çünki onlar oxucu cəlb etmək xatirinə başlıqlarla oynamırlar.

Buna görə bəzən kimlərəsə elə gələ bilər ki, rəsmi mətbuat hansısa dövrün ənənələrini davam etdirir. Amma mən belə hesab etmirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, rəsmi mətbuat dövlət büdcəsi hesabına fəaliyyət göstərir. Bu səbəbdən dövlət ideologiyasını daha çox təbliğ etməlidirlər.  

 

Onların bu cür təbliğatla məşğul olması, rəsmi elanlar, qanunları dərc etdirməsi son dərəcədə normaldır.  Özəl media öz biznes maraqlarını nəzərə alır və məhsullarının satılması üçün əlindən gələni edir. Rəsmi mətbuatda isə bu, belə deyil”. 

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirib ki, bu cür fikirləri səsləndirənlər boş enerji sərf edir:

 

“Azərbaycan milli mətbuatı çox  böyük inkişaf yolu keçib və biz böyük fəxrlə müstəqil mətbuatımızdan danışa bilirik. Milli mətbuatın fəaliyyəti çoxşaxəlidir. Bu gün Azərbaycan  mediası öz mümkün funksiyalarının demək olar ki, hamısını layiqincə yerinə yetirir. 

 

Düşünürəm ki, bunu qiymətləndirməmək ədalətsizlik olar. Çünki hazırkı mərhələdə Azərbaycan mətbuatı öz fəaliyyətinin cazibə mərkəzi kimi  məhz milli dövlətçiliyimizi müəyyənləşdirib. Nəzərə alsaq ki, informasiya vasitəsi kimi mətbuat hazırda məhz  informasiya cəmiyyətində fəaliyyət göstərir, bu zaman milli medianın fəaliyyətinin nə qədər təqdirəlayiq olduğunu bir daha görmüş olarıq.

 

Fikrimcə, Azərbaycan mediasının bu uğurları, xüsusən milli maraqların qorunması üçün xidməti  kimlərisə narahat edir. Ona görə də  media haqqında danışanda bəzən onu  sovet mətbuatı ilə müqayisə edirlər. Ancaq sovet mediasından fərqli olaraq bu gün Azərbaycan mediası tamamilə azaddır, senzura yoxdur. Bu mühüm fərqi görmək lazımdır. Ancaq əlbəttə ki , mətbuat ənənələri baxımında  hazırki milli mətbuatımız həm də sovet mətbuatının xələfi kimi çıxış edir”.

H.Babaoğlunun  fikrincə, bu cür tənqidi fikirlərlə media icmamızın birliyini pozmağa çalışırlar:

“Təəssüf edirəm ki, bəzi hallarda xaricdən mənfi impluslar  Azərbaycan cəmiyyətinə ötürülür. Bu impluslar həm sosial şəbəkələrdə, həm də media səviyyəsində bizim ictimai-siyasi gündəmimizi müəyyənləşdirir. Bütün bunlar boşuna enerji sərfidir. İstər qonşu ölkələrdə, istər keçmiş postsovet məkanında çoxsaylı media qurumları dövlətin Azərbaycan mediasına qayğısını qısqanır. Bu, anlaşılandır. Çünki bu gün Azərbaycan mediası dövlət tərəfindən çox böyük diqqət və qayğı ilə əhatə olunub.  Medianın inkişafı üçün dövlət başçısı  İlham Əliyev əlindən gələn hər şeyi edir. Bu da medianın milli maraqlar ətrafında birləşməsinə və fəaliyyət göstərməsinə çox mühim təsir göstərir. Belə olanda bəzi xarici qüvvələr də narahat olur. Nəyə görə Azərbaycanın  informasiya məkanı  milli maraqlar ətrafında bu qədər sıx və prinsipial şəkildə birləşib?...

Ona görə də müxtəlif, qeyri-obyektiv, tənqidi fikirlər söyləməklə  bir növ bizim media icmazımızın  birliyini, milli maraqlar ətrafındakı fəaliyyətini gözdən salmağa çalışırlar. Belə qüvvələr Azərbaycan daxilində də, xaricdə də ola bilər. Rəsmi mətbuat haqqında səsləndirilən fikirlər doğru deyil və bunlar milli mətbuatın inkişafını qısqananların icadıdır”.

 

"Ayna"-"Zerkalo" qəzetinin baş redaktoru  Elçin Şıxlı isə həmkarlarından fərqli olaraq, rəsmi mətbuatın sovet ənənələrini davam etdirdiyini düşünür:

 

“Dövlət mətbuatı sovet ənənələrini onun ən əcaib formalarında davam etdirir. Sovet dövrünün jurnalistikasında bu qədər təbliğat, təşviqat və yalan olmamışdı. Ümumiyyətlə, dövlət mətbuatı məfhumu olmamalıdır. Dünyanın heç bir  normal ölkəsində dövlət mətbuatı yoxdur. 

 

Mən ərəb ölkələri, Çin, Rusiya və ya Orta Asiyadan danışmıram. Dövlətin xüsusi olaraq maliyyələşdirdiyi hər hansısa media strukturu ola bilər. Məsələn, Amerikada olanda biz xanım redaktorla görüşdük. Bu redaktor tək fəaliyyət göstərirdi və redaksiyası da yox idi. Dünyada, Amerikada nə baş verirsə, hamısına etiraz edirdi. Amma hökumət onu maliyyələşdirirdi. Çünki o da öz sözünü demək istəyir. Amerikada sözün hətta hərfi mənasında belə söz azadlığı mövcuddur. 

Deyilənə görə hansısa Skandinaviya ölkələrində bizim Kütləvi İnformasiya vasitələrinə Dəstək Fonduna (KİVDF) bənzər bir şey var. Lakin müəyyən şərtlər daxilində fəaliyyət göstərirlər.

 

Məsələn, BBC ictimai media qurumudur və dövlət büdcəsindən maliyyələşdirilir. “Amerikanın səsi”, “Azadlıq” radiosu da belədir. Bu media qurumları ilə dövlət arasında müqavilələr imzalanıb. Həmin müqavilələrə əsasən  dövlət yaxud onları maliyyələşdirən struktur etik normaları pozar və ya buna cəhd edərsə, müqavilə ləğv edilir, media qurumunun yerinə başqası gəlir və iş davam edir”.

E.Şıxlı  rəsmi mətbuatın başdan-ayağa təbliğat və təşviqatdan ibarət olduğunu qeyd edib:

“Bizim anlamımızda dövlət mətbuatı inkişaf etmiş ölkələrdə yoxdur. Düşünürəm ki, bizdə də olmamalıdır.  “Azərbaycan” qəzeti tipində qəzetlər çap oluna bilər, amma sırf bülleten şəklində olmalı, qanunlar, fərmanlar göstərilməlidir. Məsələn, hansısa  qanun müzakirəyə çıxarılıbsa, onun ilkin mətni müzakirəyə çıxarıla, çap edilə bilər.

 

Amma təsəvvür edin ki, Səhiyyə Nazirliyinin öz qəzeti var və qəzetini saxlamaq üçün bütün tibb işçilərini abunə olmağa məcbur edir. Bunu digər nazirliklərə, dövlət qurumlarına aid etmək olar. Lakin bu, jurnalistika deyil. Ona görə həqiqətləri öyrənə bilmirik. Dövlət mətbuatının hamısı başdan-ayağa təbliğat və təşviqatdır”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi
27.09.2017, 00:56

Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video
27.09.2017, 00:42

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu
27.09.2017, 00:24

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu

Bakıda sovet mənşəli küçə adları - VİDEO
27.09.2017, 00:10

Bakıda sovet mənşəli küçə adları - VİDEO

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı
26.09.2017, 23:53

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video
26.09.2017, 23:36

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu
26.09.2017, 23:24

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu

Çilidə zəlzələ oldu
26.09.2017, 23:06

Çilidə zəlzələ oldu

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video
26.09.2017, 22:50

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya
26.09.2017, 22:34

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ   
26.09.2017, 22:21

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ  

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı
26.09.2017, 22:06

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR
26.09.2017, 21:53

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR

Azərbaycan Türkiyədə traktor istehsal edəcək
26.09.2017, 21:40

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN
26.09.2017, 21:26

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi
26.09.2017, 21:12

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır
26.09.2017, 20:55

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı
26.09.2017, 20:42

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı

Rusiya İŞİD mövqelərini bombaladı
26.09.2017, 20:27

Rusiya İŞİD mövqelərini bombaladı

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş
26.09.2017, 20:16

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib
26.09.2017, 20:02

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib

Azərbaycan NATO əlaqələri müzakirə edilib
26.09.2017, 19:51

Azərbaycan NATO əlaqələri müzakirə edilib

Afrika taununa görə karantin elan olundu
26.09.2017, 18:54

Afrika taununa görə karantin elan olundu

Rusiyada təyyarə qəzası, pilot öldü
26.09.2017, 18:25

Rusiyada təyyarə qəzası, pilot öldü

İsveçdə məscid yandırıldı
26.09.2017, 18:13

İsveçdə məscid yandırıldı

Tofiq Sarıcalinskini ordenlə təltif edilib
26.09.2017, 18:09

Tofiq Sarıcalinskini ordenlə təltif edilib

Prezident onları təltif etdi - ADLAR   
26.09.2017, 17:53

Prezident onları təltif etdi - ADLAR  

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı
26.09.2017, 17:47

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir
26.09.2017, 17:31

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir

Rayon baytarlıq xidmətləri gücləndirilir   
26.09.2017, 17:26

Rayon baytarlıq xidmətləri gücləndirilir  

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı
26.09.2017, 17:18

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı

Manatın sabahkı MƏZƏNNƏSİ
26.09.2017, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Nəğmələrlə dolu ürək
26.09.2017, 16:59

Nəğmələrlə dolu ürək

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ
26.09.2017, 16:50

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq
26.09.2017, 16:47

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(37.8%)
“Qarabağ” qələbə qazanacaq(43.2%)
“Roma” qalib gələcək(18.9%)