Modern.az

Türkiyədə anti-terror əməliyyatında 2 nəfər öldü

Türkiyədə anti-terror əməliyyatında 2 nəfər öldü

12 Avqust 2017, 09:59

Türkiyənin Trabzon əyalətində PKK-ya qarşı əməliyyat keçirilib.

 

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 1 hərbçi və 2 mülki şəxs yaralanıb.

 

Məlumata əsasən, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq hərbçinin və 1 mülki şəxsin həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

 

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir