Modern.az

Nazirlik ağac budağı kəsəni də CƏRİMƏLƏDİ 

Nazirlik ağac budağı kəsəni də CƏRİMƏLƏDİ 

12 Avqust 2017, 11:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbirstanlığı ərazisində ağascların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

 

Əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub.

 

Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi