Modern.az

Bakıda 2 əcnəbidən pul tələb edənlər könüllü polisə təslim oldu

Bakıda 2 əcnəbidən pul tələb edənlər könüllü polisə təslim oldu

12 Avqust 2017, 12:41

Avqustun 11-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birinə gələn 2 nəfər orada işləyən iki əcnəbi vətəndaşın əl-qolunu yapışqanlı lentlə bağlayaraq bıçaqla qorxutmaqla 15000 manat pul vermələrini tələb edib, tələb etdikləri məbləğ olmadığından 3 ədəd mobil telefonu götürərək ofisin qapısını bağlayıb gediblər.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Hadisəni törədən Bakı şəhər sakini Elvin İsrafilov və Sumqayıt şəhər sakini Cəfər Musayev könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə gəliblər.

 

E.İsrafilov və C.Musayev adları açıqlanmayan əcnəbilərin həmin şirkətin səyahət paketi almaq üçün onlardan 1500 ABŞ dolları alaraq vədinə əməl etmədiklərini bildiriblər.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir