Modern.az

Bərdədə traktorla “Shacman” toqquşdu – 1 nəfər öldü

Bərdədə traktorla “Shacman” toqquşdu – 1 nəfər öldü

12 Avqust 2017, 12:56

Avqustun 11-də saat 13.00 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır