“Liderləri ilə bütün olan partiyamız bu müqəddəs yolda milləti üçün var olmağa davam edəcək”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili professor Necdet Ünüvar partiyanın 16-cı il dönümü ilə bağlı təbrik mesajında qeyd edib.
O, partiyanın yarandığı 14 avqust, 2001-ci il tarixini türk demokratiya tarixinin ən önəmli dönüş nöqtəsi adlandırıb.
Millət vəkili təbrik mesajında Türkiyənin siyasi və iqtisadi sahədə böyük çətinliklər yaşadığını, ümidlərin olmadığı dövrdə AKP ilə yeni bir dövrün başladığını ifadə edib:
“Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qurulan AKP vətəndaşlarımızın dəstəyi ilə türk siyasət səhnəsində iştirak edib və 14 avqust, 2001-ci il türk demokratiya tarixinə silinməyəcək şəkildə yazılıb.
AKP ölkə rəhbərliyinə keçdiyi gündən bu günə qədər çox əhəmiyyətli layihələrə imza atmış və ölkəmizin inkişafında əhəmiyyətli işlər həyata keçirib.
Partiyamız bütün maneələrə baxmayaraq vətəndaşımız və liderimiz cənab Rəcəb Tayyib Ərdoğanın qərarlı və dik duruşu sayəsində fəaliyyət göstərib. İstər daxili, istərsə də xarici qüvvələrlə mübarizə apara bilib. Bu yolda ən böyük maneə 15 iyulda ölkəmizə vurulan xain zərbə cəhdi idi. Mənfi niyyətli qüvvələr birləşərək ölkəmizi qaranlığa çəkməyə çalışsa da bacara bilmədi.
Partiyamız millət üçün var olmağa davam edəcək. Vətəndaşlarımıza xidmət etməyi hər şeydən üstün tutan partiyamızın 16-cı il dönümünü təbrik edirəm”.