Modern.az

Gürcüstan azərbaycanlılara qarşı keçirilən əməliyyat haqda məlumat yaydı 

Gürcüstan azərbaycanlılara qarşı keçirilən əməliyyat haqda məlumat yaydı 

12 Avqust 2017, 14:28

GürcüstanDaxili İşlər Nazirliyi Tbilisinin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

 

APA-nın yerli bürosu DİN-ə istinadən verdiyi məlumata görə, iki qardaş - 1989-cu il təvəllüdlü N.C. və 1976-cı il təvəllüdlü M.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

 

Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir