Modern.az

Sumqayıtda silsilə oğurluqlar edən şəxs yaxalanıb

Sumqayıtda silsilə oğurluqlar edən şəxs yaxalanıb

12 Avqust 2017, 17:09

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ceyhun Fyodorovun bir neçə digər oğurluq cinayətlərini törətməsi də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan C.Fyodorovla bağlı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər