15 dekabr 2017, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Tarixə qovuşan sevgi məktubları - Texnikanın  öldürdüyü  hisslər 
Tarixə qovuşan sevgi məktubları - Texnikanın  öldürdüyü  hisslər 
12.08.2017, 17:32

Sevgi məktubu kimi…

“Dağlar arasında dərə,

Dərindi yuxu kimi.

Dağ dağa duman göndərər

Sevgi məktubu kimi” (Ramiz Rövşən)

 

Məktublar bir zamanlar ədəbiyyat və publisistikada az qala, xüsusi janr kimi formalaşmaqda idi. Məşhur şair və yazıçılar yaradıcılıqlarında şeirə, hekayəyə, romana yer ayırdıqları kimi məktub janrından da mütəmadi olaraq istifadə etməyə çalışırdılar.

Bu gün də filoloji kurslarda məktublar ədiblərin ayrıca bir yaradıcılıq qolu kimi tədris olunur. Əsasən, iki qrupa - işgüzar və şəxsi- bölünən məktublardan ən maraqlıları təbii ki, hiss və həyəcanın tüğyan etdiyi, aşıb-daşdığı, insan ruhunun incəliklərini özündə əks etdirən sevgi məktublarıdır.

Dünya ədəbiyyatında Frans Kafka, Tolstoy, Dostoyevski, Nazim Hikmət, Mariya Sveteyeva, Anna Axmatova kimi yüzlərlə məşhurun, Azərbaycan ədəbiyyatında isə Mirzə İbrahimov, Ordubadi, Çəmənzəminli, Əhməd Cavad, Rəsul Rza və başqa onlarla şair-yazıçı öz hiss-həyəcanlarını sevgi məktublarına tökmüşdülər. Sevgi məktubları Azərbaycanın ictimai, elmi həyatında iz qoyan insanların ömür yolunda da rastlanıb.

Şairin dediyi kimi, təbiətdə baş verən hadisələrin əslində bir təbiət gözəlinin o birinə göndərdiyi məktub kimi anlaşılması  insanların məktub energetikasına nə qədər önəm verməsinin göstəricisidir. Özü də bu tendensiya təkcə Azərbaycanda deyil, dünyada da yaşanırdı…

 

Dünya dahilərinin sevgi məktubları ( hərədən bir neçə cümlə)

 

Ziqmund Freyd- “İstəkli sevgilim, oduna yandığım, gözəl qız!


Mən bunu bilirdim: yolların gətirib çıxardığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaq. Ancaq ha çalışsam da, məni saran bu duyğuların dərinliyinə varmağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur”. 


Volfanq Motsartdan həyat yoldaşı Konstanzeyə:"Məktubun son səhifəsini yazarkən kağızın üstünə göz yaşları düşməyə başladı.

Amma nəşələnməliyəm. Tut, təəccüblənəcəyin qədər öpüş uçur havada. Şeytan havada qaynayır”.

 

Viktor Hüqodan Cülyetta Drueyə  məktub: "Bütün bu qaranlıq və şiddətli günlər boyunca fövqəladəydiniz, Cülyettam. Sevgi istədim, gətirdiniz, sağ olun!

Gizləndiyim yerlərdə, günlərcə təhlükə altında gözləməklə keçən gecələrin sonunda qapımda barmaqlarınızla titrəyən açarın səsini eşidəndə bütün pisliklər və qaranlıqlar yox olurdu”.

 

Lüdviq van Bethovendən adını çəkmədiyi yasaq sevgisinə məktub:

 

"Günaydın! Hələ yatağımda olsam da, fikrim sənin yanındadır. Ölməz sevgilim, sonda qollarına qaçaraq səninlə bir evdə yaşayana qədər səndən uzaq gəzəcəyəm. Ruhlar ölkəsinə sənə sarılmış ruhumu yollaya bilərəm. Bəli, təəssüf ki, belə olmalıdır. Səndən başqa heç kim qəlbimə sahib ola bilməz, əsla, əsla!

 

Frans Kafkadan Milenaya məktub: "Yox, Milena, sizə yazmağım üçün mənə başqa imkan yaratmağınızı bir daha xahiş edirəm. Poçta boş-boşuna getməməlisiniz, o kiçik poçtalyonunuz belə - kimdir o? - getməməlidir, hətta poçt işçisi olan xanımdan belə boş yerə məktub xəbəri almamalısınız. Başqa heç bir imkan tapmırsınızsa, vəziyyətə dözmək məcburiyyətindəsiniz, amma heç olmasa, bir az cəhd edin, yazmağıma şərait yaradın.

 

Nazim Hikmətin Pirayəyə məktubu

"Əziz həyat yoldaşım, budəfəki məktubuma sənin üçün yazdığım bir şeirlə başlayıram:

Saat dörd… Yoxsan,

saat beş… yox!

Altı, yeddi, ertəsi gün və bəlkəkimbilir...

Həbsxana avlusunda bir baxçamız vardı-

İsti bir divar dibində on beş addım qədərdi.

Gəlirdin, yan- yana oturardıq,

Qırmızı və böyük  müşəmbə  torban da dizlərində...(sətri tərcümə yazı müəllifinə aiddir)

 

Bəs indi?

 

Dünyanın hislərini məktublara tökən yüzlərlə məşhurunun yalnız bir neçəsindən nümunələr gətirdik. Amma məktub deyilən sehrin energetikası bunlarda da hiss olunur. Hərəsindən bir neçə cümlə versək də belə… Nümunələri Azərbaycan ədiblərindən də vermək olardı. Amma prinsipcə heç nə dəyişməyəcəkdi… Enerji həmin enerji, hisslər həmin hisslərdir…

Enerji eyni olduğu kimi bugünkü enerjisizlik də eynidir. Sürət əsri insanın hiss və həyəcanının sürətini artırmaqla yanaşı, onun keyfiyyətini də öldürdü. Bu gün qürbətdə olan kiməsə öz “sevgi məktubu”nu bir saniyə ərzində yollamaq mümkündür. Amma itmiş enerji ilə. Texnoloji inkişaf, robotlaşma prinsipi insan hislərinə zərbə vurduğu üçün onun bir təzahürü olan sevgi məktubları da daha yazılmır.

 

Şair-publisist Əkbər Qoşalı Modern.az-a açıqlamasında məktubların şəklini dəyişdirdiyini, bununla da da cazibəsini itirdiyini bildirir:

 

“Hazırda sizinlə danışarkən gözümün önündə bir kitab var: “Tərəqqi qəddarlığın təkümülü kimi”.

Hadisələrdə təsadüf yox, zərurət var. Bu səbəbdən söhbətinizə adını çəkdiyim kitabdan başlamaqda da bir hikmət var. Əlbəttə, hələ yazı icad olunmazdan əvvəl dünyada insanlararası xüsusi ünsiyyət mexanizmləri olub. Onlar bir-birlərini görmədən belə həsrətlərini, bir-birilərinə olan sevgilərini göstərməkdən ötrü müxtəlif vasitələrdən yararlanıblar. Daha sonra yazı yarandı və bundan sonra həmin hislər məktublaşmalar, yazılı vasitələr şəklində birindən başqasına ötürüldü.  Sözün qısası, lap sonralar isə informasiya texnologiyalarının inkişafı ilə yeni situasiya yaranmış oldu.

 

Dediyiniz məsələ də buradan qidalanır. Bunu fəlakətə çevirmək lazım deyil, amma təhlilə gəlməsinə də böyük ehtiyac var. Düşünürəm ki, məktublaşmaq əbədi, əzəli ehtiyac olduğu üçün  onun şəkilləri dəyişsə də məzmunu hər zaman var olacaq. Məktublar forma və şəkil dəyişmələrinə baxmayaraq hər zaman yaşayacaq bir hadisədir.

 

Amma burada bir detala önəm verməliyik: məsələ ondadır ki, əvvəllər yazılan və uzun müddətdən sonra əl üçün çatımlı olan  məktublardakı o eşq, o doğmalıq, hərarət indi sürət əsrinin texnloji qurğularında qalıbmı? O zamankı məktublarda olan ünsiyyət, hisslərdən doğan  enerjini indiki  elektron vasitələr  yarada bilirmi? Məsələ virtuallaşdıqca, get-gedə İKT üzərinə yön aldıqca dediyim enerjinin itməsinə səbəb olur. Bunu etiraf etmək lazımdı”.

 

Sosioloq-alim Əhməd Qəşəmoğlu isə məsələyə sırf sosioloji aspektdən yanaşır. Sevgi məktubu deyib keçmək lazım deyil. Əgər bu gün o məktublar yazılmırsa, demək, insanlarda, cəmiyyətdə mənəvi aşınma yaşanır. Çünki sevgi məktubu dediyin, bir insandan o birinə daşınan mənəviyyat toplusu idi:

 

“Elmdə insan həmişə biososial varlıq kimi qeyd edilib. Amma uzun illərdir ki, mən beynəlxalq səviyyədə bu fikrin dəyişməsinə çalışmışam. Ahəngyolda da qeyd olunub ki, insan kosmo, psixo, bio və sosial varlıqdır. Mühitdən asılı olaraq bu amillərin biri güclənir, digəri zəifləyir. 30-40 il bundan əvvəl yazılan məktublardakı həmin duyğu və səmimiyyət təbii ki azalıb. İnsanlar mahiyyəti etibarilə psixoloji baxımdan dəyişiblər. Mənəvi amillər sosial amillərin təsiri altında dəyişib və  azalıb. Ortada da belə bir vəziyyət yaranıb. Demək, bu istiqamətdə ümumi vəziyyət normal deyil.

 

Aydın olur ki, belə olan surətdə  biz normal ahəngdar inkişafımızı təmin etməliyik. Bu bizim borcumuzdu və gələcək inkişafımızın ümumi şərtlərindn biridir. Çalışmalıyıq ki, mənəvi dəyərlərin inkişafına, psixoloji mühitin dəyişməsinə kömək edən ciddi tədbirlər grək. Onda bu balans müəyyən qədər düzələcək. Təbii ki, əvvəlki kimi olmayacaq, amma nəyisə dəyişdirmək olacaq”.

 

N.Nihad

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İndoneziyada 6,8 bal gücündə zəlzələ
15.12.2017, 21:42

İndoneziyada 6,8 bal gücündə zəlzələ

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi
15.12.2017, 17:48

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”
15.12.2017, 17:41

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI   
15.12.2017, 17:38

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI  

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
15.12.2017, 17:33

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi   
15.12.2017, 17:28

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi  

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq
15.12.2017, 17:21

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq

Manatın 3 günlük MƏZƏNNƏSİ
15.12.2017, 17:20

Manatın 3 günlük MƏZƏNNƏSİ

Azərbaycanda 7 dini icma ləğv edilib   
15.12.2017, 17:14

Azərbaycanda 7 dini icma ləğv edilib  

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu
15.12.2017, 17:10

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu

Oqtay Əsədov Zahid Oruca cavab verdi
15.12.2017, 17:09

Oqtay Əsədov Zahid Oruca cavab verdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi
15.12.2017, 17:00

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi
15.12.2017, 16:51

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”
15.12.2017, 16:44

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi
15.12.2017, 16:41

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında
15.12.2017, 16:38

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.08%)
Araz Ağalarov (13.7%)
Mübariz Mənsimov (17.6%)
Fərhad Əhmədov(14.1%)
Füzuli Məmmədov(51.5%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.60%)
Digərləri(0.84%)