Modern.az

Türkiyədə İŞİD üzvləri saxlanılıb

Türkiyədə İŞİD üzvləri saxlanılıb

Dünya

12 Avqust 2017, 20:02

Türkiyədə İŞİD terror qruplaşmasının üzvləri saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan 3 nəfər  İŞİD-in tapşırığı ilə qətllər törətməkdə şübhəli bilinir. Polis əməliyyatları eyni zamanda Şanlıurfa, Qaziantep və Malatya əyalətlərində keçirilib. Əməliyyat iyulda Şanlıurfada Suriya vətəndaşının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində keçirilib.

Məlumata görə, saxlanılan şəxslərdə qətldə istifadə olunan silah aşkarlanıb.

İstintaqın versiyasına görə, Suriyanın Rəqqa şəhərindən Türkiyəyə gələn terrorçular İŞİD-ə qarşı mübarizədə iştirak edən şəxslərə hücumlar planlaşdırırmışlar.    

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub