Modern.az

Əlverişsiz hava şəraiti 4 can aldı

Əlverişsiz hava şəraiti 4 can aldı

12 Avqust 2017, 21:02

Əlverişsiz hava şəraiti 4 nəfərin həyatına son qoyub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Polşanın Suşek şəhərində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb. Həlak olanlar arasında iki uşaq var. Onlar ağacların altında qalıb. Güclü külək nəticəsində ağaclar qırılaraq yaşayış binalarına və obyektlərə ziyan vurub.

Polşanın mərkəzində 500 min ailənin elektrik təchizatı kəsilib. Sinoptiklər əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir