Modern.az

Polşada ağır qəza: 28 yaralı

Polşada ağır qəza: 28 yaralı

12 Avqust 2017, 22:29

Polşanın Tarnobjeq şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində xeyli insan xəsarət alıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 85 nəfəri aparan ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb/ Nəticədə 28 sərnişin xəsarət alıb. 

Hadisə yerinə 15 təcili yardım maşını və xilasedici helikopter cəlb edilib. Xəsarət alanlardan 7 nəfərin vəziyyəti kritikdir. 

Qəzanın səbəbləri araşdırılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?