Modern.az

ABŞ-da irqçilərin nümayişi gərginlik yaratdı

ABŞ-da irqçilərin nümayişi gərginlik yaratdı

12 Avqust 2017, 23:17

ABŞ-da irqçilərin keçirdiyi nümayiş səbəbindən gərginlik yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Virciniya ştatının Çarlotesvil şəhərində qeydə alınıb. Belə ki, ərazidə yüzlərlə irqçinin nümayişindən dolayı fövqəladə vəziyyət elan edilib. XIX əsrdə Konfederasiya Ordusunun komandanı olan Robert E. Linin heykəlinin götürülməsinə etiraz olaraq irqçilərin etirazı ilə keçirilən etiraz nümayişində kütləvi dava yaşanıb.

Davada hətta odlu silahlardan da istifadə edildiyi bildirilib.

Nümayişdə “Yəhudilər yerimizə keçə bilməyəcək”, “Qan və torpaq”, “Tək xalq, tək millət”, “Miqrasiyaya son” şüarları səsləndirilib.

Şəhər bələdiyyəsi və polisi fövqəladə hal elan etməklə yanaşı, xüsusi təhlükəsizlik tədbirlərini gücləndirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər