Modern.az

Serbiya NATO-ya üzv olmaq niyyətində deyil

Serbiya NATO-ya üzv olmaq niyyətində deyil

13 Avqust 2017, 00:49

"Serbiya NATO-ya üzv olmaq niyyətində deyil. Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməyi xahiş edirik". Modern.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib.

Nazir bildirib ki, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində NATO ilə əməkdaşlıq edirlər: "Bundan razıyıq. Biz həmişə hərbi neytrallığımızı saxladığımızı və NATO-ya üzv olmaq istəyimiz olmadığını NATO-dakı tərəfdaşlarımıza bəyan edirik. Bu, bizim qəti mövqeyimizdir”.

Nazir əlavə edib ki, Serbiya tərəfdaşlarından - Rusiyadan, ABŞ-dan, NATO-dan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onun bu qərarına hörmət etməsini gözləyir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir