Modern.az

Daşkəsəndə toyda kütləvi dava

Daşkəsəndə toyda kütləvi dava

13 Avqust 2017, 00:26

Daşkəsəndə toyda kütləvi dava düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, toy mərasimi zamanı bir neçə qonaq arasında mübahisə yaranıb. Daha sonra bu şəxslər əlbəyaxa olublar. Bu zaman rayon sakinləri - Mübariz Məmmədov və onun iki övladı, Telman və Mahir Məmmədovlar döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb və hər birinə həkimlər tərəfindən tibbi yardım göstərilib.

Məlumata görə, hadisəyə mübahisə edənlərdən birinin sərxoş halda qız tərəfinə söyüş söyməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir