Modern.az

Qəbr və Quyu - Mirşahin Lütfi Zadədən YAZDI  

Qəbr və Quyu - Mirşahin Lütfi Zadədən YAZDI   

13 Avqust 2017, 09:22

Mirşahin Ağayev


...Elə insan var ki, bir xalqa, bir millətə, bir əraziyə məxsus olmaqdan çıxaraq böyüyür və bəşəriyyətinkiləşir. Lütfi Zadə kimi insanın hətta kağız üzərində belə, azərbaycanlı adlanmasından daha çox Azərbaycan qazanır. Bir anlıq düşünək: Lütfi Zadəyə Dünyanın Ən Qüdrətli Dövlətinin -230 yaşlı ABŞ-ın xüsusi imtiyazlara malik alimi, zəkası ilə NASA-da planetar dəyərlərə işləyən amerikalı kimi ölmək, yoxsa milli natamamlıq kompleksindən əziyyət çəkən, torpaqlarının 20 faiz yuxarı Başı çatmayan, hələ indi-indi dövlətə çevrilən növcavan Azərbaycanın bir kəsi tək ölmək əlverişlidir?! Cavabı yəqin aydındır...

"Lütfi Zadə Azərbaycan üçün nə edib?" sualını verən ağlıkəsməzlər, icazənizlə, cavab verim:
Lütfi Zadə Azərbaycan üçün heç nə etməməlidir! Ona görə ki o artıq hər şeyi dünya üçün edib! Azərbaycan da içində olmaqla. Əzizlərim, milli Günəş olmur!

Lütfi Zadə Azərbaycana görə yox, Azərbaycan Lütfizadəyə görə tanınır. Mən bilmirəm, hansı vəsiyyətnamədən söhbət gedir. Bildiyim budur ki, Lütfi Zadə öz dili ilə ANS-ə, şəxsən mənə hələ düz 11 il əvvəl demişdi ki, bütün irsini akademik Rafiq Əliyevə vəsiyyət edib. Onun başqa vəsiyyəti olmamışdı. ( hələ ölməmişik, ANS-in arxivi qalır, əli daş altında olsa da.)

İndi isə təzə mövzu var və tutaq ki, Lütfi Zadə burada dəfn olunmasını doğrudan istəyib. Bəs niyə Bütün Yer Kürəsinin sahibi və maliki olmağa layiq-lap qoy olsun formal azərbaycanlının Azərbaycana qəbri boyda şərəf verməsini aramızda abdalcasına rədd edənlər var?! Məni maraqlandırmır ki, oğlan evində yasdır, qız evinin xəbəri yox...Mənə heç belə bir vəsiyyətin gerçək olub-olmaması da qətiyyən maraqlı deyil. Sadəcə özümü ona inandırıram ki, ortada bir test var və bir də ondan çıxan nəticə: Çox darısqalmışıq... Lütfi Zadəni özünə yerləşdirə bilməyəcək qədər darısqal!

...Və deyəsən Azərbaycanda Lütfi Zadə böyüklükdə qəbr yeri yoxdur!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi