Modern.az

“Yaxın 10 ildə saqqal saxlamaq dəbdə olacaq” - Azərbaycanlı stilistin PROQNOZU

“Yaxın 10 ildə saqqal saxlamaq dəbdə olacaq” - Azərbaycanlı stilistin PROQNOZU

13 Avqust 2017, 10:50

Kimi dəb, kimi də dini ritualları icra etmək üçün müraciət edir. Nəticə heç də görünüş olaraq birmənalı qarşılanmır. Söhbət kişilərin üzü tüklü, yəni saqqallı görünməsindən gedir.

 

Bir vaxtlar saqqal saxlayan gənclərin hansısa terror təşkilatının üzvü olduğu qənatəinə gəlinirdi, saqqallı adamlar qorxulu görünürdü.

 

Hazırda saqqallı adamlarla bağlı vəziyyət necədir?

 

Bu barədə stilistlər nə düşünür?  Kişilərin saqqal saxlaması niyə bəziləri üçün təhlükəli görünür?

Yaxud da yaxın illərdə yeni saqqal dəbi olacaqmı? 


Tanınmış stilist Anar Ağakişiyev Modern.az-a açıqlamasında deyib ki, kişilərin saqqal saxlamasında heç bir qəbahət yoxdur.

 

“Əslində, kişilərin müxtəlif cür saqqal saxlamasında heç bir qəbahət yoxdur. Hər dövrün öz dəbi olur. Türkiyənin məşhur “Möhtəşəm Yüzyıl” serialından sonra Azərbaycanda saqqal saxlamaq dəbə gəldi. Yavaş-yavaş bu cür saqqal saxlamaq dəbinə dünyada da rast gəlindi. Stilist kimi deyə bilərəm ki, bu cür saqqal dəbi bəylərimizə çox yaxşı yaraşır. Bu da normal haldır. Saqqal saxlamaq çox komfort olur və bəylərə özgüvən verir”. 


Stilist deyir ki, artıq saqqallı adamlara terrorçu göü ilə baxmaq ənənəsi yox olub.

 

“Bir vaxtlar Avropada uzun saqqalda gəzənlərə terrorçu gözü ilə baxırdılar. Bir həyəcan təbili çalınırdı. Azərbaycanda da belə hal yaşanmışdı. Lakin indiki cəmiyyətdə kişilərin uzun saqqal saxlaması çox yaxşı qarşılanır. Nə yaxşı ki belə də alındı. Stereotiplər aradan qalxdı. İndi avropalı kişilərin əksəriyyəti saqqal saxlayır və bu, çox da yaxşı görünür. Hətta saqqal saxlamağa təkcə gənclər deyil, orta yaşlı nəslin nümayəndələri də meyllidir. Stilist olaraq heç zaman saqqal saxlamamışam, amma saqqal saxlamaq o dərəcədə dəb halına düşüb ki, artıq mən də o sırada olmağa qərar verdim. Əslində, saqqal saxlamaq o qədər də asan deyil. Gigiyenik və təmizliyə mütləq fikir verilməlidir”.

 


Anar Ağakişiyev yeni saqqal dəbindən də söz açıb.

 

“Yaxın 10 il ərzində kişilərin saqqal saxlaması dəbdə olacaq. Əslində dəb tez-tez yeniləndiyi kimi, həm də yenidən qayıdır. Bir vaxtlar kişilər “bakinbord” stilində  saqqal saxlayırdılar. Azərbaycanda da bu saqqal stili dəb halını almışdı. Hesab edirəm ki, bir müddətdən sonra həmin saqqal dəbinə yenidən rast gələcəyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir