Modern.az

Qüdrət Həsənquliyev Əli Həsənovun müdafiəsinə qalxdı: “Açıq kampaniyaçılıq hiss olunur”

Qüdrət Həsənquliyev Əli Həsənovun müdafiəsinə qalxdı: “Açıq kampaniyaçılıq hiss olunur”

Müsahibə

13 Avqust 2017, 13:41

Qüdrət Həsənquliyev: “Nailin hərəkətlərinə görə onun valideynləri bir kənara qoyulub. Naillə bir neçə həftə əvvəl qohum olmuş Elçin Quliyevə gəldikdə isə”...

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib. Modern.az saytı müsahibədən bir hissəni təqdim edir.

 

- Qüdrət bəy, son zamanlar prezidentin ünvanına bəzi tənqidlər səsləndirilir və qeyd olunur ki, dövlət başçısı niyə başqa məmurları övladlarının qanunsuz hərəkətlərinə görə vəzifəsindən azad etsə də Nail Allahverdiyevə münasibətdə belə bir addım atmadı. Suzcə bu fikirdə olanlar nə dərəcədə haqlıdırlar?

 

- Əvvəla, məlum qəza zamanı ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm, Allahdan səbr diləyirəm. Yaralıların Allah şəfasını versin. Qeyd edim ki, bu məsələdə ən sərt fikir bildirənlərdən biri də Əli Kərimlidir. Bu adamdan soruşan lazımdır ki, onun özünün və övladlarının tərbiyəsində babalarının rolu nədən ibarət olub?

 

Əgər onun Londondakı övladlarının hərəkətlərinə görə babaları məsul tutulsa bu nə dərəcədə ədalətli olar? Maraqlıdır ki, Nailin hərəkətlərinə görə onun valideyinləri bir kənara qoyulub, düşüblər qohumlarının üstünə. Prezident də bunları bilməmiş deyil və prinsipial möqe ortaya qoyub ki,artıq hadisəni törətmiş səxs həbs olunub.

Naillə bir neçə həftə əvvəl qohum olmuş Elçin Quliyevə gəldikdə isə o bu iqtidara hörmət qazandıran kadrlardandır. Prezident onu niyə vəzifəsindən azad etməlidir ki?! Yeri gəlmişkən bir məsələyə də diqqət yetirmək lazımdır. Azərbaycanda hər il avtoqəzalarda təqribən min nəfər həlak olur. Bu qəzaların böyük bir qismi mədəni səviyyə aşağı olduğundan, sürət həddini aşmaqla özünün və başqalarının həyatına qiymət verməmək səbəbindən baş verir. Ölkədə sürücülük yaşına çatmış əhalinin on faizindən çoxu dövlət idarə, müəssiə və təşkilatlarında çaışır, amma bu qəbildən olan şəxslər və onların övladları tərəfindən törədilən qəzaların sayı 0.1% də təşkil etmir. Ona görə də təkcə məmur övladlarının üzərinə yox, problemin üstünə getmək lazımdır.

 

- Qaçqınların bir hissəsinin ağır durumuna görə Əli Həsənovun ittiham  olunması nə dərəcədə doğrudur?

 

- Bu sahəyə rəhbərlik edən şəxs kimi əlbəttə onun da məsuliyyəti var. Amma təkcə o yox, bütün hökumət buna görə məsuliyyət daşıyır. Dəfələrlə büdcə müzakirələri zamanı məsələ qaldırmışam ki,hökumət üçün həlli vacib olan məsələlər nədir?! Səmərəsiz istifadə olunan idman komplekslərinin, diaqnostik mərkəzlərin, parkların, bayraq meydanlarının tikilməsi, idman yarışlarının təşkili, yoxsa 25 ildir dözülməz vəziyyətdə yaşayan insanların həyatı?! Mən hər zaman qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri təqdir etsəm də yetərli saymamışam.

 

Qəzalı və antisanitar vəziyyətdə yaşayan qaçqınlar üçün dərhal mənzillər tikilməlidir. İmkan olmasa, bu başqa məsələ, amma dövlətin buna imkanları çatır.

Mehriban xanım bu məsələ ilə ciddi məşğul olur, özəl şirkətlər də Onun çağırışı ilə bu işə dəstək verməyə başlayıblar. Amma büdcədən və neft fondundan milyardlarla vəsait ayrılmasa qaçqınların əzablı həyatı davam edəcək. Bu bir insani məsələ olmaqla həm də siyasi məsələdir. Səbri tükənməkdə olan bu qəzəbli insanlardan ölkədə sabitliyi pozmaq üçün istifadə oluna bilər. Hazırda növbəti ilin büdcə layihəsi hökumətdə müzakirə olunur düşünürəm ki, həm hörmətli Mehriban xanım, həm Əli Həsənov çalışmalıdırlar ki, bu məqsədlə yetərli vəsait ayrılsın.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir