Modern.az

Azərbaycan uşaqlarının I forumu keçiriləcək

Azərbaycan uşaqlarının I forumu keçiriləcək

Qarabağ

16 Noyabr 2009, 15:58

Noyabrın 23-24-də 2009-cu il-“Uşaq ili”nin yekunu və Uşaq Hüquqları Konvensiyasının 20 illiyi ilə bağlı Azərbaycan uşaqlarının I forumu keçiriləcək. Bu barədə Modern.az saytına forumun təşkilatçısı olan "NUR" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova məlumat verib. Onun sözlərinə görə, forumda iştirak etmək üçün 56 şəhər və rayondan 250 nəfər uşaq nümayəndə seçilib: “Seçim zamanı uşaqların həyatları ilə bağlı fikirləri, onları narahat edən məsələlər və foruma qatılmaq istədikləri təkliflər əsas götürülüb. Forumun işində qaçqın və məcburi köşkün uşaqlar, uşaq evlərində yaşayan uşaqlar, əlil uşaqlar və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar iştirak edəcəklər. Forum 2 gün davam edəcək. Forumun yekununda uşaların təkliflərindən ibarət yekun bəyannamənin qəbulu nəzərdə tutulur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi