22 oktyabr 2017, Bazar
Ana Səhifə - GÜNDƏM - İsrail operatorları Azərbaycana satılan PUA-nı ermənilərə tuşlamaqdan imtina edib – QALMAQAL
İsrail operatorları Azərbaycana satılan PUA-nı ermənilərə tuşlamaqdan imtina edib – QALMAQAL
13.08.2017, 16:48

İsrail Müdafiə Nazirliyi bu ölkənin “Aeronautics Defense Systems” şirkətinin operatorlarının Azərbaycana satılmış yeni pilotsuz döyüş aparatını erməni hədəflərinə tuşlamaqdan imtina etdiklərinə dair məsələni araşdırır.

 

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı İsrailin “Maariv” qəzeti yazıb. Qəzetin yazdığına görə belə şikayət Azərbaycan Müdafiə Nazirliyi tərəfindən İsrail Müdafiə Nazirliyinə təqdim edilib.

 

“Aeronautics Defense Systems” şirkətində isə ittihamları qəbul etmirlər.

Məqalənin müəllifi Yossi Melman bildirir ki, insident təxminən bir ay əvvəl olub. “Aeronautics Defense Systems” şirkətinin nümayəndə heyəti pilotsuz döyüş aparatlarının təchizatına dair yeni müqavilənin şərtlərini müzakirə etmək üçün Bakıya səfər ediblər. Söhbət “kamikadze” PUA-ların yeni tipindən gedir.

 

Məqalədə deyilir ki, Azərbaycan hərbçiləri İsrail şirkətinin nümayəndələrindən texnikanın imkanlarını ermənilərə qarşı real döyüş şəraitində nümayiş etdirməyi xahiş ediblər. Lakin İsrail mütəxəssisləri buna rədd cavabı veriblər. Bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyi həmin zərbənin görüntülərini yaymağa hazırlaşırdı.

Qəzetin yazdığına görə İsrail Müdafiə Nazirliyinin qaydaları silah təchizatçılarının başqa ölkələrin ərazsində döyüş əməliyyatlarında birbaşa və ya dolayısı iştirakını qadağan edir. Belə iştirak üçün Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır. Bildirilir ki, “Aeronautics Defense Systems” şirkətinin iki operatoru pilotsuz döyüş texnikasının imkanlarını real döyüş şəraitində nümayiş etdirməkdən imtina edəndən sonra İsrail nümayəndə heyətinin rəhbəri onlara təzyiq etməyə çalışıb. Lakin operatorlar tabe olmayıblar. “Kamikadze” PUA-nı ermənilərin mövqelərinə tuşlamaqdan imtina edən operatorlardan biri sonradan şirkətdən istefa verib, digəri isə tezliklə işdən çıxmağa hazırlaşır.

İsrail Müdafiə Nazirliyindən bunları bildiriblər: “Adətən nazirlik müdafiə təyinatlı məhsulların ixracına dair şərh vermir. Bu informasiya nazirliyin müvafiq strukturları tərəfindən yoxlanılır”.

 

“Aeronautics Defense Systems” şirkətinin mətbuat ximəti isə Azərbaycan tərəfinin şikayətində deyilənləri qəti təkzib edib. Bildirib ki, şirkət öz məhsullarını dünyanın 50 ölkəsində müştərilərə göndərir və bu zaman Müdafiə Nazirliyinin ixrac lisenziyasına əsaslanır. “Aeronautics şirkəti heç vaxt canlı hədəflər üzərində silahların imkanlarını nümayiş etdirmir. Bu, indiki hala da aiddir”-açıqlamada bildirilir.

 

Qəzetin yazdığına görə İsrail operatorlarının imtina etməsindən sonra Azərbaycan tərəfi pilotsuz döyüş apratını ermənilərn mövqelərinə qarşı özü tətbiq edib. Hədəf vurulub, ancaq tələfat ciddi olmayıb.

 

Xatırladaq ki, Azərbaycan İsraildən pilotsuz aparatların bir neçə tipini, o cümlədən “Harop” pilotsuz döyüş aparatlarını əldə edib.

 

“Harop” pilotsuz döyüş aparatları ilk dəfə real döyüş şəraitində ötən ilin aprelində tətbiq edilib və nəticədə İsrail şirkətinin pilotsuz aparatlarına dünyada maraq daha da artıb. Habelə Azərbaycan İsral şirkətinin lisenziyası əsasında özünün “Zərbə” pilotsuz döyüş aparatlarını istehsal edir və tezliklə bu  aparatların silahlanmaya qəbul edilməsi gözlənilir.

İndi İsrail şirkətinin operatorlarının Azərbaycanın almaq istədiyi yeni pilotsuz döyüş aparatlarının imkanlarını nümayiş etdirməkdən imtina etməsi Bakını haqlı olaraq narazı salıb.

 

Çünki Azərbaycan İsraildən milyardlarla dollarlıq silah alır və müavilə öhdəliklərini həmişə nizamla yerinə yetirib. İndi necə ola bilər ki, “Aeronautics Defense Systems” şirkəti Azərbaycana yeni pilotsuz döyüş aparatları satıb qazanmaq istəyir, ancaq texnikanın imkanlarını nümayiş etdirmək istəmir? Axı İsrail operatorlarının pilotsuz aparatı erməni hədəflərinə tuşlaması onların döyüş əməliyyatlarında iştirakı deyil, çünki zərbə barədə qərar Azərbaycan komandanlığı tərəfindən verilir. Azərbaycan İsraildən milyardlarla dollarlıq silahı muzeylərdə nümayiş etdirmək üçün almır, bu silahların işğalçı erməni qüvvələrinin hədəflərini vurmaq üçün nəzərdə tutulduğunu bəyəm İsraildə bilmirdilər?


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransanın Azərbaycandakı Səfirliyindən viza alınması üçün yeni qayda
22.10.2017, 15:36

Fransanın Azərbaycandakı Səfirliyindən viza alınması üçün yeni qayda

Temur Abazov Marneuli meri seçilib
22.10.2017, 15:21

Temur Abazov Marneuli meri seçilib

ABŞ-ın sabiq prezidentləri bir arada
22.10.2017, 15:02

ABŞ-ın sabiq prezidentləri bir arada

Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirir
22.10.2017, 14:37

Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirir

60 illik ömründə Allahın yazdığını pozan adam,  İlham İsmayılla MÜSAHİBƏ
22.10.2017, 14:19

60 illik ömründə Allahın yazdığını pozan adam,  İlham İsmayılla MÜSAHİBƏ

Məktəblilər hərbi hissədə - Foto
22.10.2017, 13:47

Məktəblilər hərbi hissədə - Foto

Kaxa Kaladze Tbilisi meri seçildi
22.10.2017, 13:24

Kaxa Kaladze Tbilisi meri seçildi

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı
22.10.2017, 13:02

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

Sabah Bakıda yağış yağacaq
22.10.2017, 12:39

Sabah Bakıda yağış yağacaq

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub
22.10.2017, 12:21

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub

Bakıda avtobusun vurduğu qadın öldü
22.10.2017, 11:58

Bakıda avtobusun vurduğu qadın öldü

İmişlidə 81 yaşlı kişi intihar etdi
22.10.2017, 11:42

İmişlidə 81 yaşlı kişi intihar etdi

Əfqanıstanda oteldə partlayış: 2 ölü
22.10.2017, 11:17

Əfqanıstanda oteldə partlayış: 2 ölü

Bakıda sərxoş kişi parkomantı sındırdı
22.10.2017, 10:55

Bakıda sərxoş kişi parkomantı sındırdı

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video
22.10.2017, 10:39

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017, 10:20

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir

Sloveniyada prezident seçkiləri keçirilir
22.10.2017, 09:59

Sloveniyada prezident seçkiləri keçirilir

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub
22.10.2017, 09:44

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub

Astana-Bakı sərnişin təyyarəsində  problem
22.10.2017, 09:26

Astana-Bakı sərnişin təyyarəsində  problem

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı
22.10.2017, 09:03

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək
22.10.2017, 00:48

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb
22.10.2017, 00:32

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

Döyülən Gəncə sakini xəstəxanalıq oldu
22.10.2017, 00:14

Döyülən Gəncə sakini xəstəxanalıq oldu

Azərbaycan ağır atleti 7-ci oldu
21.10.2017, 23:55

Azərbaycan ağır atleti 7-ci oldu

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video
21.10.2017, 23:38

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video

Ukraynanın 70 gündə xilas planı
21.10.2017, 23:21

Ukraynanın 70 gündə xilas planı

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO
21.10.2017, 22:58

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO

Kaxa Kaladzeni Tbilisi meri seçildi
21.10.2017, 22:35

Kaxa Kaladzeni Tbilisi meri seçildi

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
21.10.2017, 22:11

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı
21.10.2017, 21:52

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı
21.10.2017, 21:37

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Barselonada aksiyalar başlayıb
21.10.2017, 21:16

Barselonada aksiyalar başlayıb

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi
21.10.2017, 20:59

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi

ABŞ Dövlət katibi Asiya turuna çıxdı
21.10.2017, 20:41

ABŞ Dövlət katibi Asiya turuna çıxdı

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb
21.10.2017, 20:18

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(25.1%)
“Azərsu”(10.1%)
“Azəristiliktəchizat”(3.52%)
Heç biri(55.9%)