Modern.az

Kremlin boz kardinalı Trampın adamı ilə görüşə gedir

Kremlin boz kardinalı Trampın adamı ilə görüşə gedir

14 Avqust 2017, 09:19

Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə müşaviri Kurt Volkerlə görüşü ya Avstriya, ya da İsveçrədə baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“ABŞ rəsmiləri görüş yerini hələ müəyyənləşdirilməyib. Görüşün Cenevrə və ya Vyanada keçirilməsi məsələsinə baxılır”, - agentlik bildirib.

Volker Surkovla avqustun sonuna kimi görüş keçirməyi təklif etmişdi.

Vladislav Surkov Rusiyanın boz kardinalı hesab edilir. Bəzi ekspertlər məhz onun Krımın anneksiyasının müəllifi olduğunu bildirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi