Modern.az

Ermənistanda həyəcan TƏBİLİ -  xəstələri orduya yığırlar

Ermənistanda həyəcan TƏBİLİ -  xəstələri orduya yığırlar

14 Avqust 2017, 09:31

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Ermənistan ordusunda tüğyan edən özbaşınalıqla bağlı daha bir həyəcan siqnalı çalıb.

 

Modern.az saytının Ermənistan KİV-nə istinadən xəbərinə görə, Vanadzor ofisi son zamanlar sağlamlığında ciddi problemlər olan şəxslərin orduya çağırıldığını bildirib.

 

Ermənistan mətbuatı yazıb ki, bu, tamamilə reallığı əks etdirir, çünki hakimiyyət əhalinin xaricə üz tutmasının fonunda hərbi xidmətə çağırışı təmin edə bilmir və bunu xəstələrin hesabına kompensasiya etməyə çalışır.

 

Lakin aydındır ki, səhhətində ciddi problemlər olan insanların hərbi xidmətə aparılması ilə döyüş bacarığı həll edilmir, əksinə orduda ölüm halları daha da artır, hərbçilər arasında qeyri-qanuni münasibətlərin böyüməsinə əlavə stimul yaradır.

 

2017-ci ilin yanvarın 1-dən iyulun 31-nə kimi Ermənistan ordusunda 38 ölüm faktı qeydə alınıb. Bunların heç də hamısı döyüş şəraitində olan ölümlər deyil. Vanadzor ofisi bəyan edib ki, orduda qeyri-döyüş şəraitində baş verən ölümlərin sayı çoxdur.

 

Həmçinin döyüş şəraitində olan hərbçilərin də təhlükəsizliyinin təmin edilmədiyi bildirilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir