Modern.az

Bayraq Meydanındakı bayraq dirəyi texniki baxışa görə götürülüb

Bayraq Meydanındakı bayraq dirəyi texniki baxışa görə götürülüb

14 Avqust 2017, 11:01

Bir müddətdir ki, Bakıdakı Dövlət Bayrağı Meydanındakı bayraq dirəyi götürülüb. Hətta, belə iddialar da səslənir ki, indikindən daha hündür Bayraq Meydanı quraşdırılacaq.

 

Dövlət Bayrağının təbliği və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nazim Məcidov Modern.az-a açıqlamasında səslənən fikirlərə belə aydınlıq gətirib.

 

“Dənizkənarı Bulvar İdarəsinin rəsmisi kimi məndə bu barədə heç bir məlumat yoxdur”

O, Bayraq Meydanında uzunmüddətli texniki baxış keçirilməsindən də söz açıb.

 

“Artıq Dövlət Bayrağı Meydanının yaradılmasından 7 il keçir. Hazırda bayrağın sökülməsinin səbəbi texniki baxışdır. Qeyd etdiyim kimi, uzun müddətdir ki, Bayraq Meydanı istifadəyə verilib.

 

İldə bir dəfə əraziyə texniki baxış keçiririk. Bu əsaslı texniki baxışdır ki, təlimata və normalara uyğun olaraq öncədən planlaşdırdığımız işdir.

 

Texniki baxışdan sonra hər hansı nasazlıq ortaya çıxarsa, iş bir qədər uzana bilər. Yaxud da ola bilsin ki, hər şey qaydasında olacaq və tezliklə Bayraq dirəyi bərpa olunacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi