Modern.az

Yazıçılar Birliyinin Cümhuriyyətin 100 illiyi ilə bağlı PLANLARI

Yazıçılar Birliyinin Cümhuriyyətin 100 illiyi ilə bağlı PLANLARI

14 Avqust 2017, 11:26

Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Bəs, bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?

 

Modern.az silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100”  mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.

 

Öncə, Azərbaycan Yazıçılar Birliyindən başlayaq. Qurumun Hərbi Vətənpərvərlik Komissiyasının sədri, şair-bəstəkar, onlarla məşhur hərbi marşların müəllifi Şahin Musaoğlu Modern.az-a açıqlamasında “AXC-100”-lə bağlı bir çox layihələrinin olduğunu bildirib:

 

“Əslində, çox şey planlayırıq. Artıq Mədəniyyət kanalı ilə AYB-nin birgə yaradıcılıq layihəsi var.Azərbaycan bayrağı və AXC-nin 100 illiyi ilə əlaqədar ədəbi əsərlərin (poeziya və nəsr nümunələri) müsabiqəsi  keçiriləcək.

Artıq anonslar yerli televiziyada işıqlandırılır. Bizim komissiyanın da bu mövzuda bir neçə layihəsi nəzərdə tutulub. Vətənin tarixinə baxış-gerçək tariximiz və qəhrəmanlarımız, vətənin tərənnümü torpağa, bayrağa sevgi, tarixi şəxsiyyətlərimizə sayğı-hörmət mövzusunda tədbirlər, dəyirmi masalar, elmi-praktik konfranslar keçirməyi nəzərdə tutmuşuq.

Bunların bəzilərinin xarici ölkələrdə dostluq cəmiyyətləri, yerli səfirliklər və diaspor təşkilatları ilə birgə keçirməyi planlayırıq.

 

Kütləvi informasiya vasitələri ilə birgə yaradıcılıq layihələrimiz var. Bu mövzuda ideoloji və maarifləndirici verilişlərin yayımlanması istiqamətində rəhbərliyin konkret təklifləri əsasında işlər gedir. Kitab, broşür və açıqçaların nəşr olunmasına qədər bir çox işlər nəzərdə tutulub”.

 

N.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?