Modern.az

Xəzərin yekun statusu nə vaxt həllini tapacaq?

Xəzərin yekun statusu nə vaxt həllini tapacaq?

14 Avqust 2017, 12:03

Türkmənistan prezidenti  Qurbanqulu Berdıməhəmmədovun məhsuldar Bakı səfəri zamanı ikitərəfli münasibətlərin bütün spektri, həmçinin uzun illərdir ki, yekun statusu barədə yekun rəyin əldə olunmadığı Xəzər dənizi ilə bağlı danışıqlar aparılıb.

 

Türkmənistan prezidenti Xəzəri sülh və dostluq dənizi adlandırıb. Əslində bu ifadə hüquqi statusla bağlı vahid mövqe nümayiş etdirən Azərbaycan, Rusiya və Qazaxıstan rəsmi Aşqabad arasında yaxınlaşmaya səbəb ola bilər. Buna qədər İran və Türkmənistan status məsələsində tamamilə fərqli mövqe nümayiş etdirirdi.

Ziddiyyətləri aydınlaşmaq üçün tərəflərin nümayiş etdirdiyi mövqeləri gözdən keçirmək lazımdır.

 

 

 Xəzər dənizinin 371 min kvadrat kilometr sahəsi var. Bu göstərici ilə o, dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır.

 

Azərbaycan – Xəzər dənizinin qərb sahilində yerləşir. Azərbaycan Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir.

Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur.

Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla Kəpəz yatağına görə mübahisə edir.  Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.  

 

Türkmənistan – Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

 

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya təcrübəsində orta xəttin “xüsusi vəziyyətlər” nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu “xüsusi vəziyyətlər”

1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.    

 

 

Bundan başqa, Xəzərin dəniz, yaxud göl kimi tanınması da sona qədər həllini tapmayıb. Bu məsələ ona görə vacibdir ki, Xəzərin göl sayılacağı halda ona göllər haqda, dəniz sayılarsa isə dənizlər haqda beynəlxalq konvensiyaların müddəaları şamil ediləcək. 20 ildən artıq müddət ərzində tərəflər Xəzərin statusunu müəyyən edə bilməsələr də, mövqelərdəki yaxınlaşma hiss olunur.    

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir