24 sentyabr 2017, Bazar
Ana Səhifə - TƏHSİL - Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM
Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM
14.08.2017, 16:08

Artıq respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanları və müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Adətən hər il müəllimlər qəbulla bağlı müəyyən narazılıqlarla çıxış edirlər. Kimi rayon təhsil şöbələrindən, imtahan suallarından, kimisi də yekun nəticələrdən şikayət edir.

O cümlədən zaman-zaman keçid balından az bal toplayanların müəllimlik adına sahib çıxdığını iddia edənlər də olur.

 

Bütün bunların real olma ehtimalı nə qədərdir? Müəllimlərin işə qəbulu ilə bağlı hansı problemlər mövcuddur?

 

“Bu il yerdəyişmələrlə bərabər 10 min vakant yer  mövcuddur”

 

Təhsil eksperti  Kamran Əsədov  yaranan suallarla bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, mövcud sistem hələ tam formalaşmayıb:

“Bildiyiniz kimi 2009-cu ildən etibarən orta və ümumtəhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu  mərkəzləşdirilmiş test imtahanları ilə həyata keçirilməyə başlayıb. İlk dəfə  bu Bakıda həyata keçirildi.  2009-cu ildə 300 nəfərdən çox müəllim işə qəbul edildi. 2011-ci ildən etibarən isə bütün ölkə ərazisində fəaliyyət göstərən 4450 orta və ümumtəhsil məktəblərində birbaşa müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada reallaşdı. Sonrakı illərdə vakansiyaların sayında azalma olsa da,  bu il yerdəyişmələrlə bərabər 10 min vakant yer çıxıb. Bu yerlərə qəbul olmaq üçün 50 mindən çox müəllim müsabiqədə iştirak edib.  İşə qəbul olunmaq üçün bir neçə tələb var.

 

Təəssüf ki, imtahan sualları yalnız hər bir şəxsin ixtisası üzrə idi: 40 sual ixtisas, 10 sual kurikulum, 10 sual isə məntiq. Müəllimlər öz ixtisasları üzrə müəyyən bilik və bacarıqlara malik olmadıqları halda belə iddia edirdilər ki, onlara təqdim edilmiş suallarda müəyyən yanlışlıqlar var.

 

Bilirsiniz, əgər bir imtahanda yüksək və maksimum nəticə göstərən şəxslər varsa, deməli imtahanda hər hansı problem yoxdur. Problem həmin şəxsin bilik və bacarıqlarındadır. Bu o deməkdir ki, imtahan suallarında hər hansı narahatlığın ifadə olunması anlaşılan deyil”.

 

“Müəllimlərin seçim mərhələsinə xüsusi diqqət etmək lazımdır”

 

Ekspertin sözlərinə görə hazırda müəllimlərin göstəriciləri şagirdlərin nəticələri ilə müqayisədə çox aşağıdır:

 

“2014-cü ildən həyata keçirilən diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbul nəticələrinə əsasən deyə bilərik ki, onların nəticələri şagirdlərin nəticələrindən aşağıdır. Müəyyən texniki səbəblər, imtahanda gecikmələr ola bilər. Amma ümimilikdə müəllimlərin narazılıqlarının heç bir əsası yoxdur. Düzdür sistem tam şəkildə formalaşmayıb.

 

Yaxşı olar ki, müəllimlər bir neçə açıq dərslərə cəlb olunsun və müsahibədə münsiflər heyəti tərəfindən onlara veriləcək mövzu haqqında sinfi necə idarə edəcəkləri ilə bağlı öz  bilik və bacarıqlarını göstərsinlər. Yəni test imtahanından sonra onlarla bir neçə müsahibə mərhələsi təşkil olunmalı və son variantda  psixoloji yoxlama testləri keçirilməlidir. Test mərhələsindən sonra müəllimlərin seçim mərhələsinə xüsusi diqqət etmək lazımdır”.

 

“Rayon təhsil şöbələri Azərbaycan üçün qara ləkədir”

 

Son zamanlar rayon təhsil şöbələrinin fəaliyyəti ilə bağlı müəyyən narazılıqların olduğunu müşahidə edirik. K.Əsədov bu məsələyə də aydınlıq gətirib:

 

“Düşünürəm ki, rayon təhsil şöbələrinin fəaliyyəti dayandırılıb ləğv olunmalıdır. Bu gün rayon təhsil şöbələri Azərbaycan təhsilinə ən ciddi zərbə vuran, ciddi nöqsanların olduğu məkandır. Çünki rayon təhsil şöbələri məktəb direktorlarının, müəllimlərin müstəqil  fəaliyyətinə imkan vermirlər. Onlar təhsilin inkişafını yox, öz maddi qazanclarını güdürlər. Onların fəaliyyəti Azərbaycan üçün qara ləkədir”.

Maraqlıdır, keçid balı toplamayan şəxsin müəllim olma ehtimalı nə dərəcədə doğrudur?

 

“Az bal toplayan şəxslər müəllim adına yiyələnə bilməz”

 

Ekspertin fikrincə, səsləndirilən fikirlər əsassızdır:

“Qanunvericiliyə əsasən müəllimlərin işə qəbulu test imtahanının nəticələrinə uyğun olaraq həyata keçirilir. Bəzi məktəblər var ki, orada əvəzedici müəllimlərə ehtiyac var. Yəni əsas müəllim analıq və ya digər məzuniyyətə çıxıb. Bir müddətlik onu əvəz etmək üçün müəllim kadrlarına ehtiyac yaranır. Bu zaman da məktəb rəhbərliyi ilə qısa müddətlik, yəni daimi olmayan, müddətli müqavilələr imzalana bilər. Amma bu, kütləvi hal deyil.

 

Daimi müqavilə ilə çox bal toplayanın deyil, az bal toplayanın müəllim kimi işə qəbul olması isə mümkün deyil. Birincisi, Bakı üzrə keçid balı 48, regionlar üzrə 36 baldır. Heç bir halda bundan az bal toplayan şəxslər müəllim adına yiyələnə bilməz. Bu cür xəbərlər tamamilə yanlışdır.  Yalnız keçid balını toplayan şəxslər müəllim kimi fəaliyyət göstərə bilər”.

 

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.


Günay RƏSULQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Gələn ilin büdcəsi daha böyük olmalıdır”
24.09.2017, 17:48

“Gələn ilin büdcəsi daha böyük olmalıdır”

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb
24.09.2017, 17:20

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...
24.09.2017, 17:09

FED-in qərarı-Manatı gözləyən TƏHLÜKƏ...

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib
24.09.2017, 16:58

Prezident bölgələrdə yeni sənaye zonalarının yaradılması barədə göstəriş verib

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır
24.09.2017, 16:55

İlham Əliyev: Əsas məqsədimiz yerli istehsalı gücləndirmək, idxaldan asılılığı azaltmaqdır

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO
24.09.2017, 16:40

AAAF rəhbərindən Prezidentə şok müraciət: "30 min sakini ayağa qaldırmaq istəyirlər" - VİDEO

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR
24.09.2017, 16:00

Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA
24.09.2017, 15:55

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib
24.09.2017, 15:01

Prezident Salyanda Bayraq Muzeyinin və yolun açılışında iştirak edib

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”
24.09.2017, 14:00

QMİ: “Axund vəzifəsinin ləğvi vətəndaş qarşıdurması deyil”

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR
24.09.2017, 13:56

Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOLAR

Prezident Salyanda səfərdədir
24.09.2017, 13:28

Prezident Salyanda səfərdədir

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA
24.09.2017, 13:09

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir
24.09.2017, 12:57

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir
24.09.2017, 12:40

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”
24.09.2017, 12:33

Sülhəddin Əkbər: “Belə bir istəyin olacağına inanmıram”

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub
24.09.2017, 12:24

İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında şəraitlə tanış olub

Prezident Neftçalada açılışlar etdi
24.09.2017, 12:13

Prezident Neftçalada açılışlar etdi

Sabah yağış yağacaq
24.09.2017, 12:10

Sabah yağış yağacaq

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb
24.09.2017, 11:40

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Həmsədrlər regiona səfər edəcək
24.09.2017, 10:55

Həmsədrlər regiona səfər edəcək

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB
24.09.2017, 10:44

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix AÇIQLANIB

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”
24.09.2017, 10:37

Xarici ölkə səfirləri tez-tez görüşə bilirmi? “Xüsusi qaydalar yoxdur”

Almaniyada parlament seçkiləri keçirilir
24.09.2017, 10:23

Almaniyada parlament seçkiləri keçirilir

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə
24.09.2017, 10:10

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI
24.09.2017, 09:47

Kür və Araz çaylarında çirkənmənin nəticələri AÇIQLANDI

Ermənistan atəşkəsi 126 dəfə pozdu
24.09.2017, 09:40

Ermənistan atəşkəsi 126 dəfə pozdu

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib
24.09.2017, 09:38

Elmar Məmmədyarov Bəhreyn xarici işlər naziri ilə görüş keçirib

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı
24.09.2017, 00:47

İstanbulda İŞİD-lə əlaqəli 36 nəfər saxlanıldı

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…   
24.09.2017, 00:30

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…  

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib
24.09.2017, 00:22

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO
24.09.2017, 00:13

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO

Masallı sakini öz evini yandırdı
23.09.2017, 23:47

Masallı sakini öz evini yandırdı

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...
23.09.2017, 23:30

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü
23.09.2017, 23:12

Salyanda işdən evə dönən qadınlar qəzaya düşdü

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.2%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.87%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.1%)
- Məhərrəmlık əsl İslama ziddir(34.7%)