Modern.az

Hafiz Hacıyev bu dəfə Qərbi Azərbaycanlılara QARŞI: “Qərbi Azərbaycan Partiyası kimlərinsə sifarişidir”

Hafiz Hacıyev bu dəfə Qərbi Azərbaycanlılara QARŞI: “Qərbi Azərbaycan Partiyası kimlərinsə sifarişidir”

Hadisə

14 Avqust 2017, 17:57

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az saytına müsahibəsində deyib ki, Qərbi Azərbaycan Partiyası yaradacaqlar.

 

“Bunun üçün ilk növbədə Qərbi Azərbaycan qaçqınlarının və bütün qərbi azərbaycanlıların və hansı ölkədən, hansı bölgədən olmasından asılı olmayaraq, bizim bu mübarizəmizi dəstəkləyən soydaşlarımızın təşkilatlanmasını təmin edəcəyik.

 

“Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, öz işimizi görəcəyik. Amma biz ictimai təşkilatıq və siyasi fəaliyyətlə məşğul olmuruq.

 

Ona görə də mənə elə gəlir ki və soydaşlarımızın da çoxu bu fikirdədir ki, qərbi azərbaycanlıların bu mübarizəsini məqsəd və məramına iri hərflərlə yazacaq bir siyasi təşkilatın yaranmasının da artıq vaxtı çatıb. Çox güman ki, bu, Qərbi Azərbaycan Partiyası olacaq, əsas məqsədi də Qərbi Azərbaycan torpaqlarını erməni işğalından azad etmək olacaq”- deyə Ə. Ələkbərli bildirib.

 

Məsələ ilə bağlı əslən Qərbi Azərbaycandan olan, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlama verib.

Partiya rəhbəri deyib ki, Qərbi Azərbaycan Partiyasının yaradılması Əziz müəllimin girdiyi kol deyil.

“Qərbi Azərbaycanlılar heç vaxt ayrı bir partiyanın ətrafında birləşən deyil. Bu gün Qərbi Azərbaycanlılar Müasir Müsavat Partiyası, Yeni Azərbaycan Partiyasının və digər partiyaların ətrafında sıx birləşib. Ona görə də görünür ki, bu hanısa sifariş əsasında yaradılan partiya olacaq. Kimlərsə istəyirlər ki, siyasi alver etsinlər. Amma onlar buna nail ola bilməyəcək. Hər kəs gedib öz işi ilə məşğul olsa daha yaxşıdır.

Qərbi Azərbaycan Partiyasının yaradılması ölkədə parçalanmaya aparıb çıxara bilər.  Onsuz da yerlipərəstliklə bağlı Azərbaycan xalqının kifayət qədər problemləri var. Əziz Ələkbərli bu partiyanı yaratmaqla Qərbi Azərbaycanlıları zərbə altına qoya bilər. Əziz müəllim Qərbi Azərbaycandan olan qaçqınlarımızın gedib xeyir-şərinə yarasın, ondan sonra bu partiyanı yaratmaq haqqında fikirləşsin. Əziz müəllim istəyir ki, bu partiyanı yaratmaqla gündəmə gəlsin. Bu partiyanın yaradılması kimlərinsə tapşırığıdır”.

 

Hafiz Hacıyev “Qərbi Azərbaycan Partiyası yaradıldığı təqdirdə bir Qərbi Azərbaycanlı kimi bu partiyanın üzvü olacaqsınız?” sualına isə belə cavab verib:

 

“Xeyr. Mənim partiyamın 90 min üzvü var. O kimdir ki, mən onun partiyasının üzvü olum! O, O gəlib mənim partiyamın üzvü olsun”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir