Modern.az

Malidə BMT nümayəndələrinə hücum olub

Malidə BMT nümayəndələrinə hücum olub

Dünya

14 Avqust 2017, 23:20

Malidə Birləşmiş Millətlər Təşkilatının missiyasına hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.

BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hakanın verdiyi məlumata görə, naməlum silahlılar avqustun 14-də, səhər ölkənin mərkəzi hissəsində, Douençdə düşərgəyə hücum ediblər.

F. Hakın sözlərinə görə, hücum zamanı bir əsgər və BMT missiyasının nümayəndəsi həlak olub. Cavab atəşi ilə silahlılardan 2-si öldürülüb.

Hadisədən bir neçə saat sonra BMT-nin Timbuktdakı bazasına da silahlı hücum edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir