Modern.az

“Səhər”in 22 yaşı oldu - FOTOLAR

“Səhər”in 22 yaşı oldu - FOTOLAR

15 Avqust 2017, 00:22
Avqustun 14-də televiziya məkanımızın ən uzunömürlü və populyar verilişlərindən biri,  AzTV-nin “Səhər” musiqi və informasiya proqramı 22 yaşını qeyd edir.
 
"1995-ci il avqustun 14-də yayıma başlamış “Səhər” həyatımızın bütün sahələrində baş verən yenilikləri maraqlı formalarda çatdırmaqla, milli-mədəni irsimizi və mənəvi dəyərləri təbliğ etməklə, ciddi yaradıcılıq axtarışları aparmaqla qısa müddətdə geniş tamaşaçı rəğbətini qazana bildi. Proqramın yeni dəst-xətti tezliklə onu ciddi mədəniyyət hadisəsinə çevirdi". 
 
Bunu “Səhər” proqramının keçmiş əməkdaşı, Azərbaycan Milli Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmov deyib. 
 
O bildirib ki, “Səhər” kollektiv əməyin bəhrəsi idi, zəhmətkeş redaktorlar, işgüzar rejissorlar, çevik reportyorlar və şərhçilər saat kimi çalışırdılar. İlhamiyyə Rzayeva, Dilarə Səlimova, Nərgiz Şəkinskaya, Sevil Nuriyeva, Esmira Çərkəzqızı, Zöhrə Əliyeva, Kəmalə Hüseynova, Lamiyə Vəzirova, Vüqar Mirsadiq, Məxfurə Həsənova, Günel Gözəlova, Lalə Azərtaş, İradə İsak, Günay Novruzqızı, Cəlalə Natiqqızı, Aytən Səfərova və başqa istedadlı aparıcılar proqramı və xəbərlər bülletenini çox parlaq şəkildə təqdim edirdilər.

S.Məhərrəmov onu da əlavə edib ki, əsl yaradıcılıq mühitinin hökm sürdüyü “Səhər”in uğurunun əsas səbəblərindən biri uzun illər ərzində ona Qulu Məhərrəmli kimi peşəkar bir televiziyaçının rəhbərlik etməsi olub.
"Qulu müəllimin şəxsiyyəti, mənəviyyata söykənən idarəçilik bacarığı, prinsipiallığı, ictimai nüfuzu, yaradıcılıq və intizam məsələlərində güzəştə getməməsi, gənclərə geniş meydan verməsi və digər parlaq keyfiyyətləri proqramı ciddi şəkildə irəlilətməyə imkan verib". 
 
Sonda S.Məhərrəmov bu əlamətdar gün münasibətilə “Səhər” proqramının bütün yaradıcı heyətini təbrik edib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı