Modern.az

Nəsiman Yaqublunun Cümhuriyyətin 100 illiyində deyəcəkləri

Nəsiman Yaqublunun Cümhuriyyətin 100 illiyində deyəcəkləri

15 Avqust 2017, 09:37

Gələn il isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində keçiriləcək. Bu istiqamətdə müəyyən işlərə də başlanılıb.

 

Məhəmməd Əmin Rəsulzadə irsinin və mühacirət dövrünün araşdırmaçısı, tarixçi-alim Nəsiman Yaqublu Modern.az saytına açıqlamasında Cümhuriyyətin 100 illiyi ilə bağlı görəcəyi işlərdən, hazırda üzərində işlədiyi kitabdan danışıb:

 

“Rəsulzadənin “Seçilmiş əsərləri”nin mühacirət dövrünün ikinci cildini yekunlaşdırıram. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ən böyük töhfəm o olacaq. Orada Rəsulzadənin “Yeni Qafqaziyyə”, “Azəri türk” və “Odlu yurd” jurnallarında çıxan yazıları yer alacaq. Kitabın həcmi təxminən 500 səhifə olacaq. Bu silsilədən işlərimiz davam edir. Kitabda Azərbaycançılıqla bağlı nəzəri fikirlərə, Sovet hakimiyyəti, İran rejimi ilə bağlı 250-dən çox məqaləm işıq üzü görəcək”.

 

Qeyd edək ki, Nəsiman Yaqublu bir müddət əvvəl Rəsulzadənin “Seçilmiş əsərləri”nin mühacirət dövrünü çapdan çıxarıb. Birinci cilddə Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə çap olunan kitabları-8 əsər çap edilib.

 

N.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir