Modern.az

620, 640 və 660 bal yığan  abituriyentlər universitetə qəbul ola bilmədi

620, 640 və 660 bal yığan  abituriyentlər universitetə qəbul ola bilmədi

15 Avqust 2017, 12:00

2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində  42804 abituriyent iştirak edib.

 

Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma  faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə  2579-dur(41.30 %).

 

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolub.  

 

Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.

 

Bəs 600-dən çox bal toplayıb ali məktəblərə qəbul ola bilməyən abituriyentlər var?

 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, IV ixtisas qrupu üzrə 1 abituriyent 640+, 1 abituriyent 620+ balla ali məktəblərə qəbul ola bilməyib, kəsilib.

 

Təhsil eksperti bildirib ki, ali məktəblərə qəbul ola bilməyənlər arasında 400 və 500-də çox bal toplayan abituriyentlər də var.

 

1-ci ixtisas qrupu üzrə 400-dən çox bal toplayan 4, 2-ci ixtisas qrupu üzrə 400-dən çox bal toplayan 16, 3-cü ixtisas qrupu üzrə 400-dən çox bal toplayan 57, 4-cü qrup üzrə 400-dən çox bal toplayan 51 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib.

 

1-ci qrupda 500-dən çox bal toplayan 2, 2-ci qrupda 500-dən çox bal toplayıb qəbul olmayan yoxdur, 3 cü qrupda 500-dən çox bal toplayan 14, 4 cü qrupda 500-dən çox bal toplayan 17 abituriyent ali məktəblərə qəbul ola bilməyib.

K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin düzgün ixtisas seçimi etməmələridir.

 

“Onlar kodlaşdırma zamanı keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. Hər zaman valideynlərə bildirirdim ki, təkcə ötən ili deyil, 2 il əvvəlki nəticələrə də baxın.

III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər.

 

I ixtisas qrupunda 350 baldan yuxarı 23 nəfər, II ixtisas qrupunda 350 baldan yuxarı 31 nəfər, III ixtisas qrupunda 350 baldan yuxarı 192 nəfər, IV ixtisas qrupunda 350 baldan yuxarı 73 nəfər kəsilib. Biabırçı vəziyyətdir”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır