Modern.az

Bill Geyts xeyriyyəçiliyə rekord pul ayırdı

Bill Geyts xeyriyyəçiliyə rekord pul ayırdı

15 Avqust 2017, 12:33

Amerikalı milyarder Bill Geyts yaradıcısı olduğu Microsoft şirkətinin 38% səhmindən xeyriyyə məqsədləri üçün imtina edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder bununla XXI əsrdə ən böyük xeyriyyə kampaniyasıəna imza atıb. Belə ki, Geyts xeyriyyə məqsədlərinə Microsoft-un bazar dəyəri 4,6 milyard dollar olan 64 milyon səhmini təhvil verib.

 

Beləliklə, Bill Geytsin Microsoft-dakı səhmlərinin həcmi 1996-cı ildəki 24%-dən 1,3%-ə düşüb. Milyarder 1999-cu ildə xeyriyyəçiliyə 16 milyard dollar, 2000-ci ildə isə 5,1 milyard dollar ayırmışdı.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir