21 iyun 2018, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - Prezidentlər Nyu-Yorkda görüşəcəkmi və Zəngəzurun taleyi İrəvanı niyə qorxudur?
Prezidentlər Nyu-Yorkda görüşəcəkmi və Zəngəzurun taleyi İrəvanı niyə qorxudur?
15.08.2017, 13:25

Hər il olduğu kimi sentyabr ayında BMT Baş Assambleyasının açılış sessiyası olacaq. Bu sessiyaya adətən bir qrup ölkənin prezienti və xarici işlər nazirləri qatılır. Azərbaycan və Ermənistan prezidentləri də müxtəlif vaxtlarda BMT sessiyalarında iştirak ediblər. Məsələn Azərbaycan BMT Baş Assambleyasının qeyri-qaimi üzvlüyünə seçildikdən sonra prezident İlham Əliyev ilk iclasda iştirak etmişdi.

 

Hazırda belə xəbərlər yayılır ki, sentyabr sessiyasında Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda görüşüb Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı fikir mübadiləsi apara bilərlər. Bu xəbərlərin böyük qismini erməni saytları yayır. ATƏT-in Minsk Qrupu vasitəçiləri də prezidentlərin Nyu Yorkda görüşə biləcəklərini istisna etmirlər.

İndiki vəziyyətdə prezidentlərin bir aydan sonra Nyu-Yorkda görüşəcəyi real deyil. Dağlıq Qarabağ danışıqlarında heç bir irəriləyiş yoxdur. Prezidentlərin son görüşü də digərləri kimi nəticəsiz qaldı. Bu arada, atəşkəs intensiv pozulur, hər iki tərəfdən itkilər var. Üstəlik Ermənistan ordusu Dağlıq Qarabağdan kənar Azərbaycan ərazilərini atəşə tutur.

 

Görüş xatirinə görüş Ermənistan hakimiyyətinə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsın, ona görə də “prezidentlər görüşəcək” dezinformasiyaları daha çox İrəvanın nəzarət etdiyi saytlarda yayılır.

 

Azərbaycana bu cür görüş imitasiyası lazım deyil, deyiləsi bütün sözlər deyilib, ortada da heç nə yox. 10 il də danışıqlar davam etsə münaqişənin həllində heç nə dəyişməyəcək. Ona görə də rəsmi Bakı işğalçıya təzyiqə üstünlük verir. Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşü mümkündür. Əslində nazirlərin görüşü Azərbaycana lazım deyil. Hazırki vəziyyət rəsmi Bakının İrəvana ultimatum verməsi zərurətini artırır. Ultimatumun təxmini məzmunu bu şəkildə ola bilər: “Mərhələli həll” planını qəbul etməyənə və Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır olmayana qədər Sizinlə bütün rəsmi danışıqları dayandırırıq.

 

Bu arada, Azərbaycan mediasında Ermənistan hakimiyyətinin Qərbə meyl etməsi barədə yazılar yayımlanır. Bu onunla izah edilir ki, NATO-nun Gürcüstanda keçirdiyi son hərbi təlimlərdə Ermənistan da iştirak edib. Halbuki, həmin təlimlərə Azərbaycan qatılmayıb.

 

Ermənistan hakimiyyəti heç bir balanslı siyasət aparmır. Ermənistan Rusiyadan tamamən asılıdır. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya qoşunları qoruyur, Ermənistanda Rusiyanın hərbi bazaları və birgə qoşun birliklər mövcuddur. Ermənistan silah almaq üçün daima Rusiyadan maliyyə istəyir. Ermənistanın əsas fabrik və zavodları da Rusiyanın nəzarəti altındadır. Belə olan halda İrəvanın hansı balanslı siyasətindən danışmaq mümkün deyil. Ermənistanın NATO-nun ikinci və üçüncü dərəcəli təlimlərdə iştirakı İrəvanın balanslı siyasət aparmasına dəlalət etmir. Rusiyanın icazəsi olmadan İrəvan Qərblə yaxınlaşmağa cəsarət etməz. Rusiya bu təlimlərdə özü üçün təhlükə görmədiyindən Ermənistanın az saylı kontengentlə iştirakına icazə verib. Yox əgər bir gün Ermənistan prezidenti Serj Sərkisyan qərar versə ki, Qərb Rusiya qədər onun üçün dəyərlidir, o həmin gündən başlayaraq hakimiyyətinin itirilməsiylə barışmalıdır. 1999-cu ildə Ermənistan parlamentinin spikeri, baş naziri fərqli siyasət aparmaq istədilər. Həmin il Ermənistan parlamentinə hücum edildi, həm spiker, həm də baş nazir qətlə yetirildilər.

 

“Rusiya-Ermənistan münasibətləri gərginləşərsə, bu, Azərbaycanın xeyrinə olacaq” fikirləri də illüziyadan başqa bir şey deyil. Ermənistanın Rusiyanın asılığından qurtulması problematikdir. Azərbaycan Rusiya üçün dəyərli tərəfdaşdır, tək elə hərbi əməkdaşlıqdan Rusiya milyardlarla dollar qazanır. Rusiya Ermənistanla əməkdaşlıqdan qazanc əldə etmir, əksinə vassalına daima pul xərcləmək durumundadır. Yəni məntiqlə Moskva əldə etdiyi gəlir və səmərəyə görə Azərbaycanla əməkdaşlığa üstünlük verməli və Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Ancaq Rusiya hakimiyyəti nə zaman məsələlərə məntiqlə yanaşdı ki? Məntiq olsaydı, Gürcüstan və Ukraynanı parçalamaz, qonşularının ərazilərini işğal etməz, separatçılara dəstək verməz və bununla sivil dünya ilə üz-üzə qalmazdı. Odur ki, Moskvadan məntiq gözləyib onun Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşacağı çətindir.

 

Ermənistan mətbuatında Azərbaycanın Zəngəzura hücum edəcəyinə dair də yazılar yayımlanır. Ermənistan ordusu hazırda Azərbaycana sərhədboyu rayonlarda problemlər yaradır. Tovuz və Qazaxın Qarabağa aidiyyatı yoxdur. Ancaq bu bölgələr də atəşə tutulur.

 

Halbuki, Ermənistan hakimiyyətinə məlumdur ki, Azərbaycan ordusunun məqsədi Dağlıq Qarabağ və ətraf rayonların azad etməkdir.

 

Buna baxmayaraq, Azərbaycanın strategiyası dəyişə də bilər. Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq Zəngəzurun və İrəvan xanlığının Azərbaycana mənsubiyyətindən danışır və buna görə də erməni təhlilçilər deyirlər ki, Azərbaycanın Ermənistan torpaqlarında, o cümlədən Zəngəzurda gözü var. Ermənistan hakimiyyəti Naxçıvandan da arxayın deyil. Son illər Naxçıvandakı hərbi hissələr gücləndirilir, Türkiyənin bu bölgədə hərbi varlığının artırılması haqqında fikirlər genişlənir.

 

Ona görə də genişmiqyaslı müharibənn başlayacağı halında bunun yalnız Dağlıq Qarabağı və ətraf rayonları əhatə etməyəcəyi, bütün sərhədboyu, o cümlədən Zəngəzur və Naxçıvanı da əhatə edə biləcəyi istisna deyil. Azərbaycan ordusu Naxçıvan istiqamətində Ermənistana ciddi problemlər yarada bilər. Belə olan halda Ermənistan ordusu bütün növ qoşun birliklərini yalnız Dağlıq Qarabağ istiqamətində cəmləşdirməkdə çətinlik çəkəcək. Erməni separatçıları vaxtilə Laçını ona görə işğal etdilər ki, Dağlıq Qarabağla Ermənistan arasında koridora nəzarət etsinlər. Indi də danışıqlarda bu koridoru nəzarətdə saxlayacaqlarına dair hamıdan təminat istəyirlər. Buna cavab olaraq Azərbaycan ordusunun da Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasındakı koridoru nəzarətə götürməsi aktuallaşır.

 

Elxan Şahinoğlu, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Pambıqçıların zəhərlənməsi təxribat deyil” - Ekspert SƏBƏBLƏRİ göstərdi   
21.06.2018, 14:06

“Pambıqçıların zəhərlənməsi təxribat deyil” - Ekspert SƏBƏBLƏRİ göstərdi  

Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək
21.06.2018, 14:00

Metroda sərnişinləri üzdən tanıma sistemi işə düşəcək

Putin-Tramp görüşü barədə yeni xəbər var
21.06.2018, 13:57

Putin-Tramp görüşü barədə yeni xəbər var

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisinə yeni vəzifə verilib? - AÇIQLAMA   
21.06.2018, 13:37

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisinə yeni vəzifə verilib? - AÇIQLAMA  

Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi
21.06.2018, 13:33

Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edildi

Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır - Əli Əhmədov
21.06.2018, 13:27

Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır - Əli Əhmədov

Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkəti: “Ürəkbulanma zəhərlənmə demək deyil”
21.06.2018, 13:22

Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkəti: “Ürəkbulanma zəhərlənmə demək deyil”

Azərbaycanlı deputatlar Çində - İmperator Sarayı ilə tanışlıq...
21.06.2018, 13:12

Azərbaycanlı deputatlar Çində - İmperator Sarayı ilə tanışlıq...

Məktəbdaxili qiymətləndirmənin YENİ QAYDALARI növbəti dərs ilindən tətbiq ediləcək
21.06.2018, 13:09

Məktəbdaxili qiymətləndirmənin YENİ QAYDALARI növbəti dərs ilindən tətbiq ediləcək

Hadi Rəcəbli: “Sosial məqsədlər 300 milyon manat lazımdır”   
21.06.2018, 13:07

Hadi Rəcəbli: “Sosial məqsədlər 300 milyon manat lazımdır”  

Sabah 37 dərəcə isti olacaq
21.06.2018, 13:06

Sabah 37 dərəcə isti olacaq

Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi
21.06.2018, 13:03

Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi

Sabahın havası – Bakıda 33 dərəcə isti olacaq
21.06.2018, 12:59

Sabahın havası – Bakıda 33 dərəcə isti olacaq

Dövlət büdcəsindən pensiya və müavinətlər üçün ayrılan məbləğ açıqlandı
21.06.2018, 12:56

Dövlət büdcəsindən pensiya və müavinətlər üçün ayrılan məbləğ açıqlandı

İsmayıllının Qalacıq kəndində körpünü sel dağıtdı - FOTOLAR
21.06.2018, 12:53

İsmayıllının Qalacıq kəndində körpünü sel dağıtdı - FOTOLAR

“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində
21.06.2018, 12:48

“Gürcü nəsri antologiyası” ilk dəfə Azərbaycan dilində

Qida Agentliyi iyulun 1-dən bu məhsulların idxalına nəzarət edəcək
21.06.2018, 12:44

Qida Agentliyi iyulun 1-dən bu məhsulların idxalına nəzarət edəcək

Türkiyədə ilk olaraq prezident seçkilərini bülletenlər sayılıacaq
21.06.2018, 12:42

Türkiyədə ilk olaraq prezident seçkilərini bülletenlər sayılıacaq

Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: “Bizim vaxtımızda belə hadisələr olmurdu”  
21.06.2018, 12:35

Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib: “Bizim vaxtımızda belə hadisələr olmurdu”  

Yol polisi deputatların iddiaları ilə razılaşmadı
21.06.2018, 12:26

Yol polisi deputatların iddiaları ilə razılaşmadı

290 uşaq daimi dövlət təminatında yaşayır
21.06.2018, 12:15

290 uşaq daimi dövlət təminatında yaşayır

Nazirlər Kabinetində islahatlar davam etdirilir – RƏSMİ
21.06.2018, 12:09

Nazirlər Kabinetində islahatlar davam etdirilir – RƏSMİ

Baş nazir ana oldu
21.06.2018, 12:08

Baş nazir ana oldu

İşsizlərin NƏZƏRİNƏ – bu qanun layihəsinə dəyişiklik edilir
21.06.2018, 12:07

İşsizlərin NƏZƏRİNƏ – bu qanun layihəsinə dəyişiklik edilir

1.2 milyon insan sığorta ilə pensiya ala bilməyəcək – Komitə sədrindən AÇIQLAMA
21.06.2018, 12:01

1.2 milyon insan sığorta ilə pensiya ala bilməyəcək – Komitə sədrindən AÇIQLAMA

Məktəbə 6 yaşdan gec gedənlərin sayı azalıb
21.06.2018, 11:56

Məktəbə 6 yaşdan gec gedənlərin sayı azalıb

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı
21.06.2018, 11:55

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı

DİN-dən sürücülərə XƏBƏRDARLIQ 
21.06.2018, 11:40

DİN-dən sürücülərə XƏBƏRDARLIQ 

Binəqədidə avtomobillərdən oğurluq edən şəxs saxlanıldı
21.06.2018, 11:39

Binəqədidə avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Yevlaxda bir tona yaxın narkotik aşkarlandı
21.06.2018, 11:38

Yevlaxda bir tona yaxın narkotik aşkarlandı

Məktəbliləri pambıq tarlalarında işlətmək doğrudur? – Zəhərlənməyə daha bir REAKSİYA
21.06.2018, 11:30

Məktəbliləri pambıq tarlalarında işlətmək doğrudur? – Zəhərlənməyə daha bir REAKSİYA

İnternatlardakı 12 uşaq doğma ailələrinə qayıdıb
21.06.2018, 11:18

İnternatlardakı 12 uşaq doğma ailələrinə qayıdıb

KXCP-də sədrliyə yeni namizəd qadın oldu
21.06.2018, 11:07

KXCP-də sədrliyə yeni namizəd qadın oldu

 “Seçimim BANM-ın “İnformasiya təhlükəsizliyi mühəndisliyi”  ixtisası oldu” – 700 bal toplayan Əsra ilə MÜSAHİBƏ
21.06.2018, 11:06

 “Seçimim BANM-ın “İnformasiya təhlükəsizliyi mühəndisliyi”  ixtisası oldu” – 700 bal toplayan Əsra ilə MÜSAHİBƏ

“Mavi balina” oyununu daha bir qurucusu saxlanıldı
21.06.2018, 10:57

“Mavi balina” oyununu daha bir qurucusu saxlanıldı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.8%)
Braziliya(22.9%)
Almaniya(11.8%)
İngiltərə(3.47%)
Portuqaliya(13.1%)
İspaniya(4.86%)
Fransa(5.55%)
Belçika(1.38%)
Seneqal(2.77%)
Rusiya(20.1%)