Modern.az

İranda daha 3 nəfər edam edilib

İranda daha 3 nəfər edam edilib

15 Avqust 2017, 23:11

İranda daha 3 nəfər edam edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər narkotik maddələrin satışı və qaçaqmalçılığında, eləcə də qətldə günahlandırılırlar.

Məlumata görə, narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən Həmzə Rəhimpur və Abbas Suqi avqustun 8-i sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib.

Qəsdən adam öldürmədə günahlandırılan və 5 ildir həbsdə saxlanılan 38 yaşlı Tohid Həqmuradi avqustun 10-da Şimali Xorasan əyalətinin Şirvan şəhərinin həbsxanasında dar ağacından asılıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi