Modern.az

İTV-nin Yayım Şurasının üzvündən “İctimai” radioya sərt İTTİHAM: “ANS ÇM-i əvəz etməyə çalışır”  

İTV-nin Yayım Şurasının üzvündən “İctimai” radioya sərt İTTİHAM: “ANS ÇM-i əvəz etməyə çalışır”   

16 Avqust 2017, 09:12

Adətən hər il günümüzün ayrılmaz hissəsinə çevrilən televiziyalarda müəyyən dəyişikliklər müşahidə edilir. Bu, yeni mövsümlə və ya ümumi məsələlərlə bağlı ola bilir.

 

Məsələn, bir neçə ay bundan qabaq  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının, kadr təyinatında  baş verən dəyişikliklər buna nümunədir.

 

Maraqlıdır, İctimai Televiziya yeni mövsümdə öz tamaşaçılarına nələr vəd edir? Ümumiyyətlə hansı yeniliklər gözlənilir?

 

Bu barədə  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət Modern.az-a açıqlama verib. Onun sözlərinə görə yay fəsli olduğu üçün hələki durğunluq müşahidə edilir:

 

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası təbii ki, öz səlahiyyətləri çərçivəsində İctimai Televiziya və Radio yayımlarının işlərinə qarışmır.

 

Şura nəzarət edici orqandır və  kadr təyinatları məsələsi ilə məşğul olur. Xüsusilə də təklif olunan kadrların təsdiqi əsas işimizdir. Biz ümumi siyasətin müəyyənləşdirilməsində iştirak etmirik. İctimai Televiziya və Radio yayımları şirkətinin direktorunun müəyyənləşdirdiyi və  Yayım Şurasının birlikdə qərar verdiyi məsələlərlə bağlı həyata keçirilən işlərə nəzarət edirik. Amma biz də bu cəmiyyətin bir parçasıyıq. Azərbaycanda normal ictimai yayımın baş tutması və daha da irəli getməsində maraqlıyıq. Bu baxımdan bizim öz təşəbbüs və fikirlərimiz olur. Təbii ki, bunları rəhbərliklə və işçilərlə söhbət zamanı paylaşırıq.

Hazırda yay fəslidir və insanların əksəriyyəti istirahətdə olduğu üçün Yayım Şurasının fəaliyyətində  fasilə yaranıb. Avqust  adətən çox da məhsuldar ay olmur. Bu səbəbdən  hələlik toplaşa bilmirik. 

 

Bildiyimə görə sentyabr ayında yeni həvəslə, yeni fikirlərlə bir araya gələcək və  təkliflərimizi səsləndirəcəyik. İndiki zamanda konkret nəsə deməyə çətinlik çəkirəm”.

 

A.Həsrət söhbət zamanı yeni təklif və təşəbbüslərdən də söz açıb:

 

“Məni davamlı narahat edən məsələ var və tezliklə bunun müzakirəsinə çalışacağam. Bu, “İctimai” radionun həddən artıq bayağı və Azərbaycan milli mentalitetinə zərbə vura biləcək musiqilərə  yer verməsidir.

 

Bu məsələ ilə bağlı yayım şurasının üzvü seçilməmişdən qabaq da dəfələrlə rəhbərliyə fikrimi çatdırmışam. Təsəvvür edin ki, səhər 8-9 radələrində proqram zamanı 40 dəqiqədə 6 xarici musiqi səsləndirdilər.  Bu müddət ərzində bir Azərbaycan musiqisi səsləndirilmədi. Bu isə  ictimai yayım haqqında qanun və bütövlükdə ictimai yayım fəlsəfəsinə ziddir. İctimai radio sanki ANS ÇM-i əvəz etməyə çalışır. Ümumiyyətlə maraqlıdır, hansı ağılla o cür musiqi  seçimi edilir?. Bu səbəbdən Yayım Şurasının növbəti iclasında bu məsələni gündəmə gətirmək fikrindəyəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər