Modern.az

Obamanın Avropa turnesi başlayıb

Obamanın Avropa turnesi başlayıb

Dünya

23 May 2011, 16:13

ABŞ prezidenti Barak Obama bir həftəlik Avropa turnesinə İrlandiyadan start verib. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Obama İngiltərə, Fransa və Polşanı ziyarət edəcək. Eyni zamanda Fransada İEÖ təşkil etdiyi G8 zirvəsinə də qatılacaq.  

Obama səfəri çərçivəsində İrlandiyanın paytaxtı Dublindən xalqa müraciət edəcə və 1850-ci ildə ulu babalarından birinin Amerikaya köç etdiyi Moneygall kəndini də ziyarət edəcək. 

Obama İrlandiyadan İngiltərəyə keçəcək. ABŞ prezidenti İngiltərədə baş nazir Devid Kameron və kraliça ikinci Elizaveta görüşəcək. 

Obama İngiltərədən sonra səfərini Fransada davam etdirəcək. Cümə axşamı və cümə günləri keçiriləcək G8 zirvəsinə qatılmaq üçün Fransaya gedəcək.
Prezidentin Avropa səfəri Polşada bitəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir