Modern.az

Abid Tahirlinin yeni kitabı işıq üzü gördü

Abid Tahirlinin yeni kitabı işıq üzü gördü

16 Avqust 2017, 16:08

 Filologiya elmləri doktoru, tanınmış tədqiqatçı, publisist Abid Tahirli növbəti -15-ci kitabı ilə oxucularının görüşünə gəlib.

 

“Mətbuat: millətin dili, gücü və güzgüsü” adlanan əsər ( Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2017-ci il. 696 səh; rəyçi filologiya elmləri doktoru, prof. Cahangir Məmmədli, redaktoru  filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlu) Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Elmi Şurasının tövsiyəsi ilə nəşr olunmuşdur. “Müqəddəs missiya- Vətəndə də, qürbətdə də millət davası”, “Mətbuat –nicat yolu”, “Sönməz məşəl, həmişəyaşar ideya”, “Qəlbin hökmü, qələmin gücü”, “Əsərlər, rəylər”, “Haşiyə” adlı 6 hissədən ibarət kitabda müəllifin son bir neçə ildə KİV-də dərc olunmuş  elmi və publisistik məqalələri toplanılmışdır.

 

Azərbaycanın ədəbi- mədəni həyatında parlaq iz buraxmış Əhməd bəy Ağaoğlu,  Əli bəy Hüseynzadə, İsmayıl Qaspiralı,  Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, AbayDaglı, Səlim Rəfiq, Əmin Abid, Əhməd Cavad, Nuru Paşa kimi tarixi simaların fəaliyyətinə, mətbuat tariximizdə mühüm, müstəsna  rol oynamış dövrü nəşrlərə  həsr olunmuş və nadir tarixi sənədlərə, mötəbər mənbələrə istinadən qələmə alınmış məqalələrin həm elmi ictimaiyyətin, həm də geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.  Topluda müəllifin çağdaş ədəbiyyatımızın bir sira klassik və gənc  nümayəndələrinə dair elmi- publisistik məqalələri, eləcə də dövrümüzün aktual problemlərinə həsr olunmuş yazıları yer almışdır.

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist,

BDU-nun dosenti

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir