Modern.az

Bulvarda qadın intihar etdi

Bulvarda qadın intihar etdi

16 Avqust 2017, 16:26

Bulvarda intihar edən qadının meyiti dənizdən çıxarılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Parkda 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.

 

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 50-55 yaşlarında olan qadın meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:40-da başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub