Modern.az

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO

Bir qrup hərbi qulluqçu aprel şəhidinin ailəsinə baş çəkib - FOTO

16 Avqust 2017, 20:16

Bu gün bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş mayor Elnur Əliyevin ad günündə onun ailəsinə baş çəkib. Modern.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib. Elnur Əliyevin, eləcə də bütün şəhidlərin ruhuna dualar oxunub, şəhid olmuş Vətən övladlarının xatirəsi yad olunub.

E.Əliyevin ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi və onunla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırılıb, şəhidlərimizin qisasının daim alındığı və düşmənə hər an layiqli cavab verildiyi qeyd olunub.

Sonra şəhidin valideynlərinin yaşadığı ünvanda görüş keçirilib.

Şəhidin ailə üzvləri və tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi