Modern.az

Filippində antinarkotik əməliyyatı: 30 ölü

Filippində antinarkotik əməliyyatı: 30 ölü

Dünya

16 Avqust 2017, 20:29

Filippində keçirilən antinarkotik reydi zamanı 30 nəfər öldürülüb. Modern.az xəbər verir ki, hadisə nəticəində daha 107 nəfər saxlanılıb. Reyd zamanı 230 qram metamfetamin, 765 qram marixuana, həmçinin qumbara və odlu silah aşkar edilib. Əməliyyat ölkənin 13 şəhərində eyni zamanda aparılıb.

Qeyd edək ki, 2016-cı ilin mayında Filippinin Prezidenti seçilmiş Rodriqo Duterte narkotik ticarətinə qarşı irimiqyaslı əməliyyatlar keçirəcəyini bildirmişdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu