Modern.az

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin

ABŞ-da hərbi helikopter qəzaya uğradı: 5 itkin

16 Avqust 2017, 20:57

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Havay adaları yaxınlığında baş verib. “UH-60 Black Hawk” hərbi helikopteri hərbi təlimlər zamanı qəzaya uğrayıb.

Qeyd edək ki, Oahu adası yaxınlığında Sakit okeanda helikopterin qalıqları aşkarlanıb. Nəticədə 5 hərbçi itkin düşmüş hesab edilir. Hazırda axtarış-xilasedici əməliyyatı davam etdirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi