Modern.az

Təcili cərrahiyyə əməliyyatlarına yardım ediləcək

Təcili cərrahiyyə əməliyyatlarına yardım ediləcək

4 Sentyabr 2009, 14:56

Modern.az xəbər verir ki, bu gün “Xeyir dəryasında Damla ol, sən də !” adlı xeyriyyə satış sərgisinə start verilib. Üç gün davam edəcək sərgiyə sentyabrın 6-da yekun vurulacaq. Sərgi “Aydınlığa doğru”, “İRS”, “Pətək” İctimai Birlikləri, “Damla” Xeyriyyə Fondu, “AzMedia” İnformasiya və Reklam Agentliyinin təşkilatçılığı ilə baş tutub. Sərgi uşaq aləmi, az təminatlı ailələrin anketləri, xəstələrlə canlı ünsiyyətindən ibarətdir.
Sərgidən əldə olunacaq gəlir təcili cərrahiyyə əməliyyatlarına, davamlı müalicə kurslarına, yetim uşaqlara, tələbələrə yönəldiləcək. Layihənin məqsədi xeyriyyəçilik işinə çağırış və xeyriyyəçiliyə təşviq və ehtiyacı olanlara yardımdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir