Modern.az

Ya pensiya, ya maaş

Ya pensiya, ya maaş

16 Noyabr 2009, 16:38

2010-cu ilin büdcə müzakirələrində bəzi millət vəkilləri təklif ediblər ki, təqaüd yaşı çatan işləyən vətəndaşlar ya işi, ya da pensiyanı seçsinlər. Deputatların bu təklifi cəmiyyətdə birmənalı olaraq mənfi qarşılanıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcbli isə Modern.az saytına açıqlamasında bildirib ki, belə məsələlərə ayrı-ayrı ölkələrdə müxtəlif şəkildə yanaşılır: “Həmin ölkələrdə pensiyaya çıxanlar birmənalı olaraq işləmir. Bizdə Konsititusiya və Əmək Məcəlləsində belə məsələlər yoxdur”.

H.Rəcəbli deyib ki, vaxtilə Azərbaycanda işləyənlərə pensiyanın 50 faizi  verilirdi: “Sonra pensiyanın 100 faizi insanlara verilməyə başladı. Belədə işləyən insanlar hən pensiya, həm də maaş alırlar. O vaxt məsləni qaldıranda bizə dedilər ki, bunun fəsadları olacaq. Xarici təcrübədə də belə şey yoxdur”.

“Həmin xarici ölkələrdə insanların ayrılıqda pensiyası da, maaşı da onların dolanışığına yetir. Bizdə bu məsələ necədir?” sualına deputat “pensiya bizim yaşayışımıza uyğundur. Biz də istərdik pensiyalar artsın. Yaşayış minimumunun artması yaxşıdır. Amma gerçəklik də var”-deyə cavablandırıb.

Qeyd edək ki, Azərbaycanda eyni iş stajı olanlardan kim 2002-ci ilə qədər pensiyaya çıxıbsa, 2002-ci ildən sonra pensiyaya çıxanlarla müqayisədə az pensiya alır. Millət vəkili burada müəyyən nöqsanların olduğunu və fərqin aradan qaldırlması üçün vəsait lazım olduğunu deyib. O, konkret olaraq komitənin bu işlə məşğul olacağını söyləyib.

 

Vüsalə Seyidova

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi