Modern.az

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü

Gədəbəydə kişi döyüldü, xəstəxanada öldü

17 Avqust 2017, 08:55

Gədəbəydə kənd sakinləri arasında dava ölümlə nəticələnib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

 

Kənd sakini,  47 yaşlı Telman Qurbanovla həmkəndlisi Kamil Muxtarov arasında dava düşüb. Nəticədə T. Qurbanov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. K. Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı