Modern.az

FHN-ə məlumat daxil oldu - avtomobildə bomba var!

FHN-ə məlumat daxil oldu - avtomobildə bomba var!

17 Avqust 2017, 10:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xətai rayonunda, Neopal dairəsi yaxınlığında ''Opel" markalı minik avtomobilində partlayıcı qurğu olması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Həmçinin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) hadisə barədə məlumatlandırılıb.

 

XRXX və ANAMA-nın mütəxəssisləri tərəfindən həmin avtomobilə birlikdə baxış keçirilib, aparılan əməliyyat-axtarış tətbirləri nəticəsində heç bir şübhəli əşya və qurğu aşkar edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?