Modern.az

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib

17 Avqust 2017, 11:21

Avqustun 17-sinə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 172 nəfəri xilas edib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 54 nəfər olub:

 

“172 nəfərdən 118-i  bizim xilasetmə avadanlıqları ilə  təchiz olunmuş və nəzarətdə olan çimərliklərdə xilas olunub.

 

Qalan 54 nəfəri isə nəzarətsiz çimərliklərdə suda boğulma təhlükəsi ilə üzləşənlərdir. 54 nəfərdən 30-u su kanallarında, Kür sahilində  xilas edilənlərdir. Çox az hissəsi isə dənizin nəzarətdə olmayan hissəsində xilas edilib”.

 

Qeyd edək ki, vətəndaşlar  təhlükə zamanı 112-yə zəng edə bilər.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi